«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
"ABŞ ilə İsrail arasında dostluğun "qırmızı xətləri"- "Newsweek"

Tarix: 12-03-2024 21:55 | Bölmə: Dünya | Baxış: 105


"ABŞ Rafaha hücuma qarşı çıxdığı zaman HƏMAS sakitcə tunellərdə yata və danışıqlardan imtina edə bilər..."
 
"İsrailin Rafaha hücumu özünün yeganə strateji müttəfiqi ilə parçalanma riskini yaradacaq..."
 
"Newsweek"   nəşrindəki məqaləsində ABŞ Hərbi Akademiyasından hərbi ekspertlər Con Spenser və Ceykob Stoyl bu nəticəyə gəlib.
 
ABŞ prezidenti Co Baydenin bu yaxınlarda İsrailin Rafahda hərbi əməliyyatlarının Vaşinqton üçün "qırmızı xətt" olacağı barədə bəyanatını şərh edərkən icmalçılar yazır ki, "ABŞ Rafaha girişə qarşı çıxdığı zaman HƏMAS sakitcə tunellərdə yata və danışıqlardan imtina edə bilər".
 
"Qəzza bölgəsinin şimalına hücum etməklə İsrail Müdafiə Ordusu qəfləti operativlik nümayiş etdirib və döyüş meydanında özünü yaxşı göstərə bilib", - müəlliflər cəbhədə qüvvələr nisbətini təhlil edib. 
 
"Nəticədə HƏMAS-ın müdafiəsi, gözləntilərə rəğmən, tab gətirməyib, ona görə də terrorçuların liderləri müvəqqəti atəşkəs haqqında sövdələşməyə gedib və girovların demək olar ki, yarısını azad edib.
 
Bu "atəşkəs" zamanı HƏMAS təcili surətdə yerdə qalan girovları və öz rəhbərliyinin xeyli hissəsini təxliyə edilməyən mülki əhalinin toplaşdığı yerlərə, o cümlədən Rafaha köçürüb".
 
"Bu arada isə ölkə daxilində təzyiqlər və Qəzza bölgəsi sakinlərinin əzabları Birləşmiş Ştatları Qəzzanın cənubundakı Xan-Yunusdə döyüş əməliyyatlarının intensivliyini azaltmaq üçün İsrailə təzyiq göstərməyə vadar edib", - ekspertlər davam edib.
 
"Və burada HƏMAS ilk dəfə olaraq gələcəyi proqnozlaşdıra bilib. Terrorçuların strategiyasının reallaşdırılmasına müəyyən mənada öz sərhəddini qaçqınlar üçün bağlayan Misir yardımçı olub.
 
Nəticədə bölgə sakinləri döyüş əməliyyatı zonasında qalıb, bu da İsrail və beynəlxalq birliyin humanitar yardım göstərilməsi üzrə hər-hansı səylərinin tələyə düşən insanların əzablarını yüngülləşdirməyəcəyinə yüz faizlik zəmanət verib".
 
Spenser və Stoyl ayrıca olaraq nədən HƏMAS-ın yeni atəşkəsdən imtina etdiyini izah edib.
 
"Onlar öz strategiyasının işlək olacağına və ABŞ-ın İsraili Rafahdan uzaq saxlayacağına inanır", - müəlliflər yazır.
 
"Əks halda, İsrail Rafaha daxil olacağı təqdirdə, terrorçuların düşüncəsinə görə o, özünün BMT Təhlükəsizlik Şurasında yeganə müttəfiqi ilə strareji parçalanma riski yaradacaq. Hər iki halda HƏMAS strateji qələbə əldə edə bilər".
 
Amerikalı ekspertlər güman edir ki, "HƏMAS üçün danışıqlar aparmağın heç bir mənası yoxdur, çünki təşkilat Birləşmiş Ştatların İsrailə bu tələbini qəbul etdirəcəyi təqdirdə öz nailiyyətlərini artıra bilər".
 
Əgər HƏMAS-ın ABŞ barəsində gümanları təsdiqini taparsa, Spenser və Stoylun fikrincə, terrorçular danışıqlar masasına dönərək İsrailin Qəzzanın cənubuna hücumunu təxirə salmağa cəhd göstərəcək.
 
"İsrailin Rafaha gerçək əməliyyatı təhlükəsi olmadan HƏMAS-ın atəşkəsə nail olmaq üçün səbəbləri yoxdur, təşkilatın strategiyasını nəzərə alsaq, HƏMAS Qəzza bölgəsini öz nəzarətinə qaytara bilsə, həqiqi möhkəm saziş ola bilməz", - icmalçılar yazıb.
 
Xəbər verildiyi kimi, martın 10-da prezident Co Bayden NBC telekanalına ziddiyyətli bəyanatında bir neçə dəfə İsrail ilə şərti "qırmızı xətlər"ə toxunub.
 
Lakin "Sizin Netanyahu ilə bağlı qırmızı xətləriniz nədən ibarətdir? Sizin belə qırmızı xəttiniz varmı? Məsələn, Rafaha hücum olarsa, bu, qırmızı xəttiniz olacaqmı?" suallarına cavabında Bayden deyib: 
 
"Bəli, bu, qırmızı xətdir". Lakin mən heç vaxt İsraili tənha qoymayacağam. İsrailin müdafiəsinin əvvəlkitək həlledici əhəmiyyəti var".

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024