«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
“Ukraynanın “B” planı var”- "Konqresin yardımını ala bilməyəcəyimiz təqdirdə..."

Tarix: 15-03-2024 19:00 | Bölmə: Dünya | Baxış: 94



Ukrayna ABŞ Konqresinin Nümayəndələr Palatasında müzakirə olunan maliyyə yardımını ala bilməyəcəyi təqdirdə işə salınacaq digər variantları hazırlayır.

Bunu Ukraynanın Maliyyə naziri Sergey Marçenko yerli telekanala açıqlamasında deyib.

Nazir qeyd edib ki, Ukrayna əsas maliyyə mənbəyi kimi ABŞ-ni nəzərdə saxlayır, ancaq digər variantlara da hazır olmalıdır: "Biz həmişə öz maraqlarımız nöqteyi-nəzərindən məsələnin ən yaxşı həllinə ümid edirik və ümid edirik ki, aşağı palatada həll yolu tapılacaq.

İndi bunun üçün hər cür əsas var. Ümid edirik ki, birbaşa büdcə dəstəyi gələcək”.

Marçenko qeyd edib ki, Ukrayna ABŞ hökumətindən vəsaitlərin gələcəyinə dair daimi vədlər alır, ona görə də bu seçim əsasdır. 

Nazir bildirib ki, Birləşmiş Ştatlar tərəfindən kifayət qədər dəstək alınmadığı təqdirdə “B Planı” işə salınacaq. 

Bu zaman bütün G7 ölkələrindən ABŞ-ni əvəz etmək üçün öz töhfələrini artırmaları xahiş olunacaq: "Bu, təkcə G7 ölkələri deyil, digər ölkələr, məsələn, Ukraynanı dəstəkləyən və yardım əlini uzatmağa hazır olan Şimali Avropa ölkələri də ola bilər.

Müxtəlif variantlar var, lakin indi mən hesab edirəm ki, Konqresdən müsbət nəticə gözləmək üçün kifayət qədər səbəblər var”.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024