«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
"Rusiyalılar ukraynalı hərbi əsirlərə qəddarcasına işgəncələr verir"- BMT-nin məruzəsi

Tarix: 16-03-2024 22:30 | Bölmə: Dünya / Araşdırma / Rezonans | Baxış: 111


"İşgəncələr insan ləyaqətinə misli görünməyən etinasızlıqla həyata keçirilib və uzunmüddətli fiziki və psixi travmalara gətirib çıxarıb..."
 
"Mən həyata olan bütün ümid və iradəmi itirmişdim və intihar etmək istəyirdim..."
 
Rusiyalılar ukraynalı hərbi əsirlərə hər yerdə-kameralarda, dəhlizlərdə, həyətdə, duş otaqlarında işgəncələr verir
 
Rusiyalılar ukraynalı hərbi əsirlərə qorxutmaq və cəzalandırmaq məqsədilə qəddarcasına işgəncələr verir.
 
Bu barədə Ukraynada pozuntuların tədqiqatı üzrə Müstəqil Beynəlxalq Komissiyasının məruzəsində deyilir. Məlumatı "bbc.com" nəşri yayıb.
 
Bu Komissiya 2022-ci ildə BMT-nin insan haqları üzrə Şurası tərəfindən Rusiyanın Ukraynaya qarşı təcavüzü ilə bağlı insan haqları və beynəlxalq humanitar hüququn bütün mümkün pozuntularının, habelə bununla əlaqədar olaraq cinayətlərin tədqiqatı üçün yaradılıb.
 
Məruzədə deyilir ki, yeni sübutlar BMT Komissiyasının Rusiya hakimiyyətinin Ukrayna və Rusiyada mülki şəxslərə işgəncələr praktikasından istifadə edilməsinin geniş yayılması və müntəzəm xarakter daşıması barədə əvvəlki nəticələrini təsdiq edir.
 
O cümlədən BMT Komissiyası diqqəti ukraynalı hərbi əsirlərə işgəncələr verilməsi hallarına yönəldərək  Rusiyanın bir neçə cəzaçəkmə müəssisəsində onlarla dəhşətli davranış hallarını təsvir edib.
 
Məruzədə qeyd edilir ki, zərərçəkənlərin ifadələri belə davranışın amansızlığı və qəddarlığını göstərir, bu da qurbanlara uzun müddət həbsdə olarkən güclü ağrı və əzablar törədib.
 
Bütün bunlar insan ləyaqətinə misli görünməyən etinasızlıqla həyata keçirilib və uzunmüddətli fiziki və psixi travmalara gətirib çıxarıb.
 
Bununla bağlı ukraynalı əsirlərdən biri Tula vilayətinin Donskoy şəhərində cəzaçəkmə müəssisəsində başına gətirilənlərdən danışıb, orada o, daima işgəncələrə məruz qalıb, nəticədə sümükləri sındırılıb, dişləri çıxarılıb, yaralı ayağında isə qanqrena inkişaf edib.
 
"Mən həyata olan bütün ümid və iradəmi itirmişdim", - əsgər deyib və əlavə edib ki, cinayətkarlar onu döyməyə başlayanda intihar etmək istəyib. Əsirlikdən azad edildikdən sonra o, 36 dəfə xəstəxanaya yerləşdirilib.
 
Məruzədə deyilir ki, Rusiyada işgəncələr Cəzaların İcrası Federal Xidmətinin xüsusi təyinatlı bölmələrinin üzvləri və bu xidmətin həbsxana mühafizəsi olan ştatlı personalı tərəfindən həyata keçirilib. Qurbanların məlumatına görə, bundan başqa, dindirmələr Rusiya FTX əməkdaşları tərəfindən aparılıb.
 
Bu zaman ukraynalı hərbi əsirlər Rusiyanın əksəriyyət müəssisələrinə qəbul edilərkən qəddarcasına döyülüb və elektrik cərəyanı ilə işgəncələrə məruz qalıb.
 
Qurbanlardan biri xatırlayır ki, o, "Cəhənnəmə xoş gəlmisiniz" sözləri ilə qarşılanıb.
 
İşgəncələr dindirilmə zamanı baş verib, bu zaman saxlanılanlardan Ukrayna Silahlı Qüvvələri və onların hərbi bölmələri barədə sorğu-sual edilib. 
 
İşgəncələr həmçinin qorxudulma və cəzalandırma məqsədilə tətbiq edilib. Qurbanlar hər yerdə-kameralarda, dəhlizlərdə, həyətdə, duş otaqlarında işgəncələr verilməsi barədə məlumatlar verib.
 
Məruzədə qeyd edilir ki, cinayətkar qurbanına deyib: "Biz indi sizi ruslarla necə döyüşməyi öyrədəcəyik".
 
Digər qurban həbsxana mühafizəçisinin bu sözlərini eşidib: "Bizin məqsədimiz sizin müharibədən heç vaxt geri dönməməyinizdir".
 
Saxlanılanların sözlərinə görə, xüsusilə qəddar davranış Mariupolda və ya Qərbi Ukraynadan ələ keçirilənlərə, rus dilini bilməyənlərə qarşı və Rusiya Silahlı Qüvvələrinin Ukrayna rayonlarına nəzarəti itirdikləri dövrlərdə müşahidə edilib.
 
Qurbanlardan biri döyülməsi, cinsiyyət orqanlarının elektrik cərəyanına verilməsindən danışıb və cinayətkarların ona dediyi bu sözləri xatılayıb:
 
"Mən sənin hər şeyini qoparacağam ki, övladın olmasın". O, cinayətkarların övladı olmaması üçün onun cinsiyyət orqanını kəsmək cəhdlərindən danışıb.
 
Qurbanlar həmçinin aclıq əzablarından, qurd, sabun, kağız və it yalının qalıqları ilə qidalandıqlarından, nəticədə bədən kütləsinin azalmasından danışıb. Bəzi müəssisələrdə duş və tualetə giriş məhdud olub.
 
Məruzədə deyilir ki, işgəncələr nəticəsində keçmiş hərbi əsirlər tənəffüslə, yerişlə bağlı çətinliklərdən, sındırılan sümük və dişlər, qanaxmalar, ödemlər, infeksiyalaşan yaralar, qanqrenalar, görmənin pisləşməsi və bədən üzvlərinin travmaları barədə məlumatlar verilib.
 
Rusiyanın Qırmızı Xaç Komitəsi Kremllə əməkdaşlıq edir
 
Bu yaxınlarda Belarus filialı Beynəlxalq Qırmızı Xaç Komitəsindən qovulub, indi eyni aqibət Rusiya filialını da gözləyir.
 
Xəbər verildiyi kimi,  Qırmızı Xaç Komitəsinin Rusiya bölməsi ukraynalı hərbi əsirlərı o cümlədən Ukraynanın işğal edilmiş ərazilərində yerləşən koloniyalarda da işgəncələrə məruz qoyub.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024