«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Qərb siyasiləri və mediası Putinin seçkisini tanımadı: “Azad və ədalətli seçkidən söhbət gedə bilməz”

Tarix: 18-03-2024 17:50 | Bölmə: Dünya | Baxış: 131

Qərb siyasətçiləri və mediası Putinin seçkisini tanımadı


Rusiya prezidenti Vladimir Putinin yenidən seçilməsi Qərb siyasi dairələrində və mediasında geniş müzakirə obyekti olub.

Qərb dünyası birmənalı olaraq seçkilərin saxtakarlıqla keçirildiyini bəyan edib. Onlardan bəzilərini diqqətə çatdırırıq:

Ağ Ev Milli Təhlükəsizlik Şurasının sözçüsü:“Seçkilər nə azad, nə də ədalətli keçib”.

Almaniya Xarici İşlər Nazirliyi: “Ukraynanın işğal olunmuş ərazilərində keçirilən seçkilər etibarsızdır və beynəlxalq hüququn növbəti pozuntusudur”.

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron: “Azad və ədalətli seçkidən söhbət belə gedə bilməz”.

Polşa Xarici İşlər Nazirliyi: “Səsvermə cəmiyyətə qarşı ifrat repressiya şəraitində keçib”.

Qərb mətbuatı da Rusiyadakı seçkiləri birmənalı şəkildə pisləyib:

“El Pais” : “Putin seçki hoqqabazlığından sonra hakimiyyətini yenilədi”.

“Politico”: “Putin saxta seçki qələbəsi ilə ən böyük yalançıya çevrildi”.

“Washington Post”: “Putin müxalifətin səsinin vəhşicəsinə basdırılmasından sonra möhürlənmiş seçki qələbəsini qeyd edir”./musavat.com

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024