«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
“Ukraynaya nə qədər lazımdırsa, mərmi verəcəyik”- Çexiya Prezidenti

Tarix: 19-03-2024 13:40 | Bölmə: Dünya | Baxış: 90



Çexiya prezidenti Petr Pavel bildirib ki, yaxın gələcəkdə Avropa şirkətləri Avropa ölkələri və Ukrayna üçün lazım olan miqdarda sursat istehsal edə biləcəklər.

Pavelin “Azadlıq Radiosu"nda yayımlanan çıxışında deyilir: “Lazımi sayda mərmi istehsalı vaxt tələb edir. Bu, bizim istehsal gücümüzü artırmağı tələb edir. Ancaq Ukraynaya indi mərmi lazımdır.

Biz Avropa şirkətlərini gözləyə bilmirik, ona görə də hər yerdə sursat tapmağa və onu mümkün qədər tez Ukraynaya çatdırmağa çalışırıq. Amma bununla yanaşı, biz öz imkanlarımızı artırırıq.

Yaxın zamanda Avropa şirkətləri Avropa ölkələrinin ehtiyatlarını artırmaq üçün lazımi miqdarda döyüş sursatı istehsal edə, habelə Ukraynanı ehtiyac olarsa, sursatla təmin edə biləcəklər”.

Pavel bildirib ki, hələlik Ukrayna və Rusiyanın müharibənin dayandırılması ilə bağlı razılığa gələ biləcəyini təsəvvür etmək mümkün deyil.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024