«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Dünyada yalnız 7 ölkə ÜST-ün normalarına uyğundur - Region ölkələri

Tarix: 19-03-2024 22:05 | Bölmə: Dünya | Baxış: 146



Dünyada yalnız yeddi ölkə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi hava keyfiyyəti standartlarına cavab verir.

İsveçrənin “IQAir” şirkətinin analitikləri 2023-cü il üçün havanın keyfiyyətinə dair illik hesabatında bu qənaətə gəliblər.

Hesabatı hazırlamaq üçün alimlər 134 ölkədə 7812 yerdə yerləşən 30 mindən çox monitorinq stansiyasının məlumatlarını təhlil edərək, havada PM 2.5 hissəciklərinin tərkibini öyrəniblər. 

Bunlar sənaye prosesləri, elektrik enerjisi istehsalı və avtomobillərin işlənməsi nəticəsində havaya daxil olan incə aerozol hissəcikləridir.

Ultra kiçik ölçülərinə görə, bu hissəciklər təbii bioloji maneələr tərəfindən saxlanılmır, lakin qan dövranına daxil olur və bədəndə toplanır, astma, xərçəng, insult və ağciyər xəstəlikləri daxil olmaqla, bir çox patoloji vəziyyətə səbəb olur.

ÜST-nin tövsiyələrinə uyğun olaraq, təhlükəsiz həyat üçün hissəciklərin orta illik səviyyəsi hər kubmetrə 5 mikroqramdan çox olmamalıdır.

“IQAir”in araşdırması müəyyən edib ki, 2023-cü ildə bu tövsiyələrə yalnız yeddi ölkə cavab verib - Avstraliya, Qrenada, İslandiya, Mavrikiy, Yeni Zelandiya, Finlandiya və Estoniya.

Geniş fərqlə ən çox çirklənmiş ölkələr Banqladeş (1 kubmetrə 79,9 mikroqram, ÜST-ün tövsiyələrindən 30 dəfə yüksək), Pakistan (73,7 mikroqram) və Hindistan (54,4 mikroqram) olub.

Müqayisə üçün bildirək ki, region ölkələrində vəziyyət aşağıdakı kimi olub:

Özbəkistan – 28,6 mikroqram;
Ermənistan – 26,4 mikroqram;
Qazaxıstan – 22,2 mikroqram;
Türkiyə - 20,3 mikroqram;
Azərbaycan – 18,8 mikroqram;
Gürcüstan – 16,4 mikroqram;
Rusiya – 10 mikroqram;
Ukrayna – 8,6 mikroqram.


Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024