«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
ABŞ İsrailin nüfuzuna ölümcül zərbə vurulacağı ilə bağlı xəbərdarlıq edib

Tarix: 24-03-2024 21:15 | Bölmə: Dünya | Baxış: 100
ABŞ İsrailin nüfuzuna ölümcül zərbə vurulacağı ilə bağlı xəbərdarlıq edib

"İsrail Müdafiə Ordusunun Qəzzada hərəkətləri dünyada dəstəklənmir və ölkənin nüfuzuna zərbə vurur..."
 
ABŞ Dövlət Departamentinin hazırladığı sənəd KİV-lərə sızdırılıb
 
ABŞ Dövlət Departamentində hazırlanan daxili sənəd amerikalı jurnalistlərin əlinə keçib və onun təfsilatı NPR radiostansiyasının müxbiri tərəfindən dərc edilib.
 
Bu barədə "Ynet" nəşri yazıb.
 
Sənəddə iddia edilir ki, Bayden administrasiyası İsrailin Qəzza bölgəsində yol verdiyi "böyük strateji yanlışlıqdan" narahatdır. 
 
Sənədə görə, "İsrail dünyada yəhidi dövlətinin nüfuzuna nəticələrinin bir neçə nəslin hiss edəcəyi zərərin miqyasını inkar edir". Bu barədə martın 23-də bəlli olub.
 
Sənədə görə, Dövlət Departamentinin yüksək vəzifəli məmuru İsrail XİN-dən olan həmkarlarını İsrail Müdafiə Ordusunun Qəzzada hərəkətlərinin dünyada dəstəklənmədiyi və bunun ölkənin nüfuzuna zərbə vuracağı barədə xəbərdarlıq edib.
 
"Biz İsrailin tam mənzərəyə göz yummağa üstünlük verdiyindən və müharibə səbəbindən öz imicinin möhkəmləndirilməsi ilə məşğul olmadan böyük strateji yanlışlığa yol verməsindən narahatıq", - sənəddə deyilir.
 
Sənəddə həmçinin bununla bağlı İsrail rəhbərliyinə təzyiqi gücləndirmək tövsiyə edilir. Hər şeydən göründüyü kimi, sənədin mətbuata "sızdırılması" məqsədyönlüdür və həmçinin İsrailə təzyiqin gücləndirilməsinə yönəlib.
 
NRP məlumatında iddia edilir ki, ABŞ və İsrail arasında iftilafların güclənməsi yəhudi dövləti ilə onun əsas strateji tərəfdaşı arasında münasibətlərdə böhranın güclənməsinə gətirib çıxarır.
 
Digər tərəfdən, məlumatda XİN ictimai diplomatiya üzrə baş direktorunun müavini İmanuel Naxşonun sözlərindən iqtibas gətirilib. Naxşon İsrailin Qəzzada müharibə səbəbindən nüfuzunun xeyli sarsıldığını inkar edir.
 
İsrail məmurunun sözlərinə görə, ABŞ-da keçirilən sorğular göstətib ki, Amerikada və ABŞ-da "susqun əksəriyyət" İsraili dəstəkləyir.
 
Naxşon "TikTok" sosial şəbəkəsinin, onun sözlərinə görə, fələstinyönlü təbliğat aparan və gəncləri İsrailə qarşı yönəldən alqoritmlərini ittiham edib.
 
Məqalədə iddia edilir ki, İsrail XİN tanınmış blogerlərə müraciət edərək onların "HƏMAS-ın oktyabrın 7-də İsrailə qarşı cinayətlərini inkar etmək cəhdlərinə qarşı çıxmağı xahiş edib".

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024