«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Tayvan qırıcılar və “Patriot” kompleksləri ilə təlimlər keçirib - Kommunist təhdidinə qarşı

Tarix: 26-03-2024 13:30 | Bölmə: Dünya | Baxış: 134

Tayvan qırıcılar və “Patriot” zenit-raket kompleksləri ilə təlimlər keçirib


Tayvan Silahlı Qüvvələri qırıcı təyyarələr və yerüstü zenit-raket komplekslərinin (ZRK) iştirakı ilə genişmiqyaslı hava hücumundan müdafiə (HHM) təlimləri keçirib.

Bu barədə adanın Hərbi Hava Qüvvələrindən (HHQ) bildirilib.

Təxminən iki saat davam edən manevrlər zamanı quru qoşunlarının bölmələri dəniz qüvvələri ilə birlikdə hava hücumundan müdafiənin təşkili üzrə tapşırıqları yerinə yetiriblər. Təlimlərdə ABŞ-nin “Patriot” və Tayvanın “Tien Kung” ZRK-larından istifadə olunub.

“Çin kommunist təyyarələrinin və gəmilərinin Tayvan ətrafındakı sulara və hava məkanına davamlı müdaxiləsi fonunda, HHQ hava məkanını qorumaq və vətəni müdafiə etmək üçün regional təhlükəsizlik və müdafiə əməliyyatlarının ehtiyaclarına uyğun olaraq potensial təhdidlərə cavab olaraq təlimləri gücləndirməyə davam edəcək”, - məlumatda deyilir.

Qeyd edək ki, Tayvanın arsenalında 9 ədəd “Patriot PAC-3” ZRK batareyası var və onlar Taypeyi, Qoasyun limanını və digər əsas qurğuları və hərbi bazaları əhatə edir./report

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024