«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
"Dünyanın gələcəyi Çin-ABŞ münasibətlərindən asılıdır"- Si Szinpin

Tarix: 27-03-2024 17:00 | Bölmə: Dünya | Baxış: 108



Çin və ABŞ arasında münasibətlərin xarakteri təkcə iki ölkə xalqlarının rifahına deyil, həm də bəşəriyyətin gələcəyinə təsir göstərir.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Pekində Böyük Xalq Zalında ABŞ işgüzar dairələrinin nümayəndələri ilə keçirilən görüşdə Çin Xalq Respublikasının sədri Si Szinpin deyib.

Onun sözlərinə görə, iki ölkə xalqlarının rifahı, eləcə də bəşəriyyətin gələcəyi, taleyi Çin və ABŞ əməkdaşlığından və ya bir-biri ilə qarşıdurmasından asılıdır.

“Nə qədər ki, hər iki tərəf bir-birini tərəfdaş sayarsa, bir-birinin maraqlarına hörmət edərsə, dinc yanaşı yaşayarsa və qarşılıqlı faydalı nəticələr üçün əməkdaşlıq edərsə, ikitərəfli münasibətlər yaxşılaşacaq”, - Çin sədri vurğulayıb.

Si Szinpin sonda mübadilənin intensivliyinin artacağına ümid etdiyini bildirib.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024