«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
TÜRKİYƏNİN ŞƏRTLƏRİ QƏBUL EDİLDİ - Ankara da bu iki ölkəyə NATO yolunu açdı

Tarix: 29-06-2022 10:30 | Bölmə: Dünya / Aktual | Baxış: 156



Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzv qəbul edilməsinə razılıq verib. Bu barədə Türkiyə Prezident administrasiyası məlumat yayıb.
Məlumata görə, sözügedən razılıq Türkiyənin tələblərinin qəbul edilməsi fonunda əldə edilib. Belə ki, hər iki ölkə PKK və onun qollarına qarşı mübarizədə Türkiyə ilə tam əməkdaşlıq etmək barədə razılığa gəliblər. Bu istiqamətdə Terrorizmlə mübarizədə kəşfiyyat məlumatlarının mübadiləsi üçün strukturlaşdırılmış əməkdaşlıq mexanizmi yaradılacaq.
Həmçinin müdafiə sənayesi məhsullarının tədarükünə qoyulan embarqo aradan qaldırılacaq, bu istiqamətdə əməkdaşlıq genişləndiriləcək.
Eləcə də Finlandiya və İsveçin Avropa İttifaqının təhlükəsizlik mexanizmlərində mümkün qədər geniş iştirakına dəstək veriləcək.
NATO baş katibi Yens Stoltenberq bildirib ki, iyunun 29-da Madriddə keçiriləcək NATO sammitində Finlandiya və İsveçin alyansa dəvət edilib-edilməməsinə qərar veriləcək.
Stoltenberq, həmçinin deyib ki, Finlandiya və İsveç terrorda ittiham olunanların ekstradisiyası üçün Türkiyə ilə işləməyə hazır olacaqlar, lakin bu ölkələrin qanunları əsasında qərarlar veriləcək.



Qeyd edək ki, Madriddə keçirilən danışıqlardan sonra Türkiyə, İsveç və Finlandiya üçtərəfli birgə memorandum imzalayıb. Report bu barədə "Anadolu" agentliyinə istinadən xəbər verir.
Belə ki, NATO-nun Madrid sammiti çərçivəsində Türkiyə, Finlandiya və İsveç heyətləri arasında görüş keçirilib.
NATO-nun Baş katibi Yens Stoltenberqin iştirakı ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Finlandiya Prezidenti Sauli Niinistö və İsveçin Baş naziri Maqdalena Andersson arasında baş tutan görüş iki saat davam edib.
Dördtərəfli görüşdə Finlandiya və İsveçin hərbi alyansa üzvlük müraciəti müzakirə olunub.
Türkiyə, İsveç və Finlandiya arasında imzalanan memorandumda Ankaranın şərtləri qəbul edilib. 
İsveç iyulun 1-dən terror cinayətləri ilə bağlı qanunu sərtləşdirəcək.
Eyni zamanda İsveç və Finlandiya Türkiyənin terrorda şübhəli bilinən şəxslərin ekstradisiya tələblərini dəlil və kəşfiyyat məlumatlarına əsaslanaraq nəzərdən keçirəcəklərini vəd edib.
İsveç və Finlandiya Türkiyəyə PKK-nın hər hansı maliyyə yardımı edilməsini araşdıracaq və dayandıracağına söz verib.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024