«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
"Kalininqrad blokadası": Avrpopa İttifaqı güzəşt axtarışındadır...

Tarix: 30-06-2022 23:00 | Bölmə: Dünya | Baxış: 189


Rusiyanın Litva ərazisindən sanksiyalar altında olan malların Kalininqrada tədarükü yaxın zamanlarda normal məcraya dönə bilər.
Press-fakt.com xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən "Röyter" agentliyi məlumat yayıb.
 
Nəşrin həmsöhbətləri deyib ki, Avropa İttifaqı xüsusi olaraq Rusiya vilayətinin məhdudiyyətlərdən azad edilməsi barədə danışıqlar aparır.
Hələlik, iki güzəştli variant nəzərdən keçirilir.
 
Variantlardan biri sanksiyaları belə şərh edir: istisna ona görə mümkündür ki, söhbət "adi beynəlxalq tucarət"dən deyil, Rusiya yüklərinin öz eksklavına tədarükündən gedir. Bu halda Litva yükün bundan sonra haraya ixrac edilib-edilməyəcəyini yoxlamalı olacaq, bu da Litvanı Rusiya ilə toqquşmaq təhlükəsinə məruz qoyacaq.
 
İkinci variant Kalininqrada ümumi qaydalardan istisna üçün "humanitar əsaslar"dan istifadəni nəzərdə tutur.
 
Litva hakimiyyətinin belə "sövdələşmələr"lə bağlı "ciddi şübhələr"i var. Litva hökumətinin nümayəndəsi agentliyə bəyan edib ki, istənilən qərar bütün Avropa ölkələri üçün qüvvədə olmalı və Litva ilə məhdudlaşdırılmamalıdır.
 
Güzəşt əldə edilməsi barədə gələn həftə və ya iyulun 10-dək elan edilə bilər, həmin gün Avropa ərazisindən sement və alkoqolun tədarükünə qadağa qüvvəyə minəcək, " Röyter" məlumat verib.
 
Xatırladaq ki, iyunun 18-də Litva hakimiyyəti Avropa İttifaqının dördüncü sanksiyalar paketinə uyğun olaraq sanksiyalar altında olan malların Kalininqrada tranzitini dayandırıb. 
 
Kalininqrad vilayətinin qubernatoru Anton Əlixanov deyib ki, 40-50 faizədək yüklər qadağalar altına düşüb.
 
Rusiya bu qərarı qanunsuz və Rusiya ilə Avropa İttifaqı arasında tərəfdaşlıq və əməkdaşlıq haqqında sazişin pozulması adlandırıb.
 
İyunun 21-də Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev hədə-qorxu gələrək, qeyd edib ki, Kremlin "düşmənçilik hərəkətlərinə" cavab tədbirlərindən Litva əhalisi əziyyət çəkəcək. 
 
Bundan sonra Litva hakimiyyəti sanksiyalar aktında olan malların avtomobil tranzitini dayandırıb.
 
Patruşevin hədə-qorxusundan sonra Litva Kalininqradın "nəqliyyat blokadası"nın nə demək olduğunu izah edib.


Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024