«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
İlham Əliyevə rəqib olmaq istəyən 16 nəfərdən hansı təsdiqlənəcək...- SİYAHI

Tarix: 02-01-2024 13:30 | Bölmə: Gündəm | Baxış: 79


Azərbaycanda 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində 17 nəfərin namizədliyinin irəli sürüldüyü təsdiqlənib.

Mərkəzi Seçki Komissiyasının (MSK) imza vərəqələri verdiyi 17 nəfərdən hələ ki yalnız hazırkı dövlət başçısı İlham Əliyevin prezidentliyə nazmizədlyi qeydə alınıb.


Digər 16 nəfər isə hazırda tələb olunan 40 min imzanı toplamağa çalışır. Bu şəxslərdən kimlərin seçkiyə buraxılacağı önümüzdəki günlərdə məlum olacaq.
 
Onların adlarını bir daha diqqətinizə çatdırırıq:

- Zahid Oruc – deputat, Sosial Tədqiqatlar Mərkəzinin sədri;

- Fazil Mustafa - deputat, Böyük Quruluş Partiyasının başqanı;

- Razi Nurullayev – deputat, Milli Cəbhə Partiyasının sədri;

- Qüdrət Həsənquliyev – deputat, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri;

- Elşad Musayev – Böyük Azərbaycan Partiyasının sədri;

- Fuad Əliyev - Vətəndaş Hüquqlarının Müdafiəsinə Dəstək İctimai Birliyinin sədri;  

- Sərvan Kərimov - 65 yaşlı keçmiş zabit, Qarabağ veteranı, fərdi elmi fəaliyyətlə məşğul olur;

- Mətləb Mütəllimli – sabiq deputat, fəaliyyətini dayandıran keçmiş Sosial Ədalət Partiyasının eks-sədri;

- Abutalıb Səmədov – sabiq deputat, faliyyətini dayandıran Azərbaycan Naminə Alyans Partiyasının eks-rəhbəri, “Alyans” Strateji       Araşdırmalar Mərkəzinin sədri;

- Fikrət Yusifov – sabiq maliyyə naziri, "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri;

- Yusif Bağırzadə - sabiq deputat, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) keçmiş sədri;

- Arzuman Abdulkərimov - Ana Vətən Partiyasının sabiq sədr müavini, “Hilal” Sosial Araşdırmalar İctimai Birliyinin sədri;

- Yunus Oğuz - "Olaylar" qəzetinin baş redaktoru;

- Qulamhüseyn Əlibəyli – sabiq deputat, Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisnin keçmiş sədri;

- Namizəd Səfərov – hüquqşünas, təqaüdçü;

- Əvəz Temirxan – hüquqçünas, müvəqqəti olaraq fəaliyyətini dayandırdığını elan etmiş Azərbaycan Leberal Partiyasının sədri.


Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024