«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
İrəvan Bakının Zəngəzur dəhlizinə dair tələbini qəbul edəcək! - “Stratfor”

Tarix: 08-01-2024 22:55 | Bölmə: Gündəm | Baxış: 84

İrəvan Bakının Zəngəzur dəhlizinə dair tələbini qəbul edəcək! - “Stratfor”


Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə irəliləyiş ehtimalı var, lakin genişmiqyaslı müharibənin genişlənməsi və ya yenidən başlanması riski də yüksək olaraq qalacaq.

Press-fakt.com xəbər verir ki, bu barədə Amerikanın nüfuzlu “Stratfor” analitik mərkəzinin 2024-cü il üçün proqnozları ilə bağlı dərc etdiyi hesabatda deyilir.

"Ermənistan Qərblə artan siyasi əlaqələrindən və onun hərbi dəstəyindən Bakının tələblərinə qarşı çıxmaq üçün istifadə edəcək. Lakin İrəvanın təsir rıçaqlarının az olduğunu nəzərə alsaq, o, Bakının Cənubi Ermənistandan tranzit və sərhədlərin demarkasiyası tələblərini qəbul edəcək", - “Stratfor” bildirib.

Analitik mərkəz hesab edir ki, Azərbaycanla Rusiya arasındakı ikitərəfli münasibətlər və ticarət əlaqələri yeni səviyyəyə qalxacaq.

“Stratfor” analitikləri qeyd edib ki, Cənubi Qafqazda Şərq-Qərb tranziti əsasən Gürcüstan ərazisindən keçməklə davam edəcək, Bakı isə Rusiyanı İranla birləşdirən Şimal-Cənub infrastrukturunun inkişafına töhfə verəcək.

Press-fakt.com

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024