Ermənistan baş nazirinin sözlərinə Azərbaycandan reaksiya: "...Maneəsiz keçidlə bağlı Paşinyanın öhdəliyi var"
Ermənistan Baş naziri Nikol Paşinyan yanvarın 13-də Azərbaycan prezidentinin iki ölkə arasında əlaqənin bərpa edilməsi ilə bağlı dediklərinə münasibət bildirib:
“İran İslam Respublikası Naxçıvanla Azərbaycanın qalan hissəsi ilə əlaqəni necə təmin edirsə, biz də həmin şərtlərlə bu əlaqəni həm dəmiryolu, həm də avtomobil nəqliyyatı ilə təmin etməyə hazırıq”.
Nikol Paşinyan əlavə edib ki, yollar və sərhədlər ölkələrin suverenliyi, ərazi bütövlüyü, yurisdiksiyası prinsipləri əsasında açılmalıdır.
Prezident İlham Əliyevin yanvarın 10-da demişdi ki, “Azərbaycandan Azərbaycana insanlar və yüklər heç bir yoxlama aparılmadan keçməlidir”.
Onun sözlərinə görə, əks halda, " əgər, dediyim marşrut (Azərbaycanın “Zəngəzur dəhlizi” adlandırdığı Ermənistanın Sünik bölgəsindən keçməli olan yol-red) açılmasa, biz Ermənistanla heç bir başqa yerdə sərhədimizi açmaq fikrində deyilik".
Onun sözlərinə görə, yolun təhlükəsizliyi də önəmlidir: "...Ermənistanın qarantiyaları bizə kifayət deyil. 10 noyabr (2020. Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyi imzalayıb) bəyanatında göstərilmişdi ki, Rusiya sərhədçiləri 42-43 kilometr ərazidə təhlükəsizliyi və nəzarəti həyata keçirirlər və bu öhdəlik yerinə yetirilməlidir.
Ermənistan isə bundan indi boyun qaçırmaq istəyir. Halbuki, bu da məntiqli deyil. Çünki Rusiya sərhədçiləri Ermənistanın, İrəvanın (Yerevan) aeroportundadırlar...”
Bəs Ermənistan rəhbərliyinin bu dediklərinə rəsmi Bakının cavabı nədir? Hələlik, Ermənistan Baş nazirinin dediklərinə Azərbaycan Xarici İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.
Amma hakim Yeni Azərbaycan Partiyasından deputat Hikmət Babaoğlu “Turan”a bildirib ki, “Zəngəzur dəhlizi” ilə bağlı yeni təşəbbüslərə şərh verməyə ehtiyac yoxdur:
“Çünki Zəngəzur adı keçməsə belə, Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək maneəsiz keçidlə bağlı Paşinyanın öhdəliyi var. Üçtərəfli sazişdə bu öz əksini tapıb.
Ona görə də biz yenidən, heç nə olmamış kimi mümkün siyasi mülahizələri müzakirə etməkdən çəkinməliyik. Paşinyanın bu fikirləri çox uğursuzdur. İran heç vaxt postsovet məkanında olmayıb. Azərbaycanın bir ərazisindən onun digər ərazisinə heç vaxt İran ərazisindən “Zəngəzur” kimi keçid olmayıb”.
Deputat qeyd edib ki, kommunikasiyalar açılmalıdır və bu heç bir başqa dövlətlə Azərbaycan arasında olan əlaqələrlə müqayisə edilməməlidir: “Çünki bizim heç vaxt İranla belə bir qarşılıqlı öhdəçiliyimiz olmayıb ki, kimsə kiminsə ərazisindən maneəsiz keçid verəcək. Ermənistanla isə bu sənəd var. ”.
H. Babaoğlunun fikrincə, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd qoşunları ilə bağlı məsələ daha çox Ermənistan və Rusiyanın problemidir:
“Amma bütün hallarda söhbət yenə 10 noyabr 2020-ci il tarixli imzalanmış üçtərəfli bəyanatından gedir. Bu bəyanatın maddələrinin hər hansı birinin etibarsızlaşdırması digərlərinin də etbarsızlaşması deməkdir. Ona görə Paşinyan nə qədər imtina etsə də, belə razılaşma var”.
Siyasi şərhçisi Ərəstun Oruclu isə AzadlıqRadiosuna bildirib ki, bu baş verənlər Azərbaycanın son dövrlər xarici siyasət vektorunda çox ciddi dəyişiklər ilə müşayiət olunur:
“Ümumiyyətlə Azərbaycanda son aylar ərzində Rusiya təsirinin güclənməsi əlamətləri, digər tərəfdən isə Azərbaycanın Qərblə yerli-yersiz konfliktlər yaratmaq cəhdləri özünü göstərir”.
Ekspert qeyd edib ki, Azərbaycanın hökümət mediasında son günlər rusiyalı politoloqların, Kreml təbliğatçılarının müxtəlif fikirləri çox intensiv yer almaqdadır: “Digər tərəfdən Azərbaycan rəsmilərinin dilindən Qərb ölkələrə münasibətdə son dərəcədə tənqidli fikirlər səslənir.
Bunların səbəbi ola bilər ki, qarşıdan gələn seçkilərlə bağlıdır və Azərbaycan hakimiyyəti Rusiya təzyiqindən yayınmaq üçün belə addımlar atır. Amma bu çox da inandırıcı deyil”.
Ə.Oruclunun fikrincə, qəribə mənzərə yaranır, sanki Azərbaycan bütün müstəvilərdə Rusiya maraqlarının müdafiəçisi kimi fəaliyyət göstərir: “O cümlədən də “Zəngəzur” dəhlizi məsələsində. Səbəb isə çox sadədir. Görünür ki, rəsmi Bakı Moskva qarşısında öhdəliklər götürüb və onları yerinə yetirir”.
Onun sözlərinə görə, “Zəngəzur dəhlizi” məsələsini ikitərəfli qaydada çözmək olar: “Maraqlısı budur ki, Ermənistan buna razılıq verir, Azərbaycan isə deyir ki, yox, Rusiya orada iştirak etməlidir.
Azərbaycan yenə Rusiya maraqlarının ifaçısı rolunda çıxış edir. Problem elə budur”.
1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.
2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi. Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib. Bu il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib.
Yeravan bunu “etnik təmizlənmə” və “təcavüz” kimi dəyərləndirib. Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.
Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.
Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib./turan
Digər xəbərlər
Tarix: 15-01-2024 18:45 | Bölmə: Gündəm | Baxış: 98

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024