«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
LAVROV ZƏNGƏZUR DƏHLİZİ İLƏ BAĞLI RAZILAŞMANIN DETALLARINI AÇIQLADI - “Sonra hər şey pozuldu..."

Tarix: 18-01-2024 16:10 | Bölmə: Gündəm | Baxış: 137



"Paşinyanın dediklərində heç bir məntiq görmürəm"

Ermənistan Baş naziri Nikol Paşinyanın regiondakı tranzit marşurutlarla bağlı bəyanatlarında bir məntiq görmürəm.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2023-cü ildə Rusiya diplomatiyasının yekunlarına dair bu gün keçirdiyi mətbuat konfransında deyib.

Nazir xatırladıb ki, son günlər Azərbaycan və Ermənistan liderləri publik çıxışlarda Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqələrin qurulması mövzusuna toxunublar.

“Üstəlik, Baş nazir Paşinyan haradasa Ermənistanın Zəngəzur dəhlizinin qəti əleyhinə olduğunu deyib”, - Lavrov qeyd edib.

Nazir qeyd edib ki, 2020-ci il noyabrın 9-da imzalanan və müharibəni dayandıran bəyanatda bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılacağı bildirilib:

Lavrov xatırladıb ki, Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş nazirinin üçtərəfli bəyanatında nəqliyyat yollarının açılması və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqənin təhlükəsizliyinə Ermənistan tərəfindən zəmanət verilməsi qeyd olunub.

“Razılaşmaya görə, bütün rabitə və nəqliyyat əlaqələri açılır, Ermənistan Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında hər iki istiqamətdə nəqliyyat əlaqələrinin təhlükəsizliyinə təminat verir və nəzarəti Rusiya Federasiyası FTX-nin sərhəd xidməti həyata keçirir. 

Bu yol üçtərəfli sazişlə müəyyən edilib. Marşrut Rusiya FTX-nin sərhəd xidmətinin nəzarəti altında olan Ermənistanın suveren ərazisindən keçir. 

Orada Azərbaycandan Ermənistana giriş və Ermənistandan Azərbaycanın Naxçıvan bölgəsinə çıxış zamanı sərhəd və gömrük nəzarəti prosedurları prinsipcə razılaşdırılıb. 
Cənab Paşinyan isə deyir ki, o, İranın Naxçıvana gediş-gəliş üçün Azərbaycana hansı şərtlərlə yol veribsə, o da eynisini verməyə hazırdı. 

Açıq desəm, mən onun dediklərində məntiqi görmədim.  Bu marşurutları müqayisə etmək çətin ki, düzgün olsun. Əminəm ki, Azərbaycanla Naxçıvan arasında nəqliyyat əlaqəsinin bərpasına alternativ yoxdur" - Lavrov bildirib.



Rusiya xarici işlər naziri xatırladıb ki, üç ölkənin baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli işçi qrup çərçivəsində marşrutlar açılan zaman ölkələrin öz suverenliyini və yurisdiksiyasını tam olaraq saxlaması razılaşdırılıb.

Onun sözlərinə görə, baş nazirlərin müavinlərii səviyyəsində ilk olaraq dəmir yolunda əlaqəsinin bərpası barədə razılıq əldə olunub. Lavrov qeyd edib ki, saziş digər məsələlərlə yanaşı, Putinin KTMT sammiti çərçivəsində İrəvana səfəri zamanı da müzakirə olunub:

“Sonra hər şey pozuldu. Əldə edilmiş razılaşmalardan belə geri çəkilmələr nadir hallarda olur. Biz bilmirik ki, Azərbaycanla Naxçıvan arasında nəqliyyatın açılması prinsipləri ilə bağlı razəlaşmaların icra olunmasına nə mane olub. 

Amma Qərb dostlarının “yaxşı məsləhəti” Cənubi Qafqazda həmişə mövcuddur və prosesin bu və ya digər iştirakçısı (oxu: Ermənistan) tərəfindən qəbul edilir. 

Amma Qərb təşkilatlarının niyyəti region ölkələrinin arasında maraqların tarazlığına əsaslanan razılaşmalar əldə etmək deyil, öz geosiyasi məqsədlərini həyata keçirməyə istiqamətlənib. Bizim öz mesajlarımızı davam etdirməyin alternativi yoxdur. 

Ermənistanın suveren ərazisindən keçən marşrut Rusiya Federasiyası FTX-nın sərhəd xidmətinin nəzarəti altında olmalıdır. Azərbaycandan Ermənistana girişdə və Ermənistandan çıxışda nəzarət prosedurları da razılaşdırılıb” - deyə, Lavrov əlavə edib./azpolitika

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024