«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
AŞPA DEPUTATI NƏ ASSAMBLEYA, NƏ DƏ ATƏT/DTİHB ƏVƏZİNƏ QƏRAR QƏBUL EDƏ BİLMƏZ

Tarix: 26-01-2024 15:50 | Bölmə: Gündəm | Baxış: 76



Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidə missiyasının Azərbaycanda prezident seçkilərinin monitorinqi prosesində iştirak etməməsi ATƏT/DTİHB-nin müşahidə missiyasının işinə heç bir şəkildə təsir göstərməyəcək. 

Bunlar arasında əlaqənin olması barədə söhbətlər və ya sonuncunun seçkiləri müşahidə etməkdən imtinası üçün razılığa gəlmək ümumiyyətlə səriştəsizlikdir.

“Report” xəbər verir ki, DTİHB ötən il dekabrın 29-da Azərbaycanda missiyasına başlayıb. Seçki günü, yəni fevralın 7-də DTİHB-dən 200-dən çox müşahidəçi, ATƏT PA-dan isə 100-ə yaxın parlamentari səsvermə prosesini izləyəcək.

Hər bir təşkilatın işini qurmaq üçün özünün prosedurları var. Elə buna görə də razılaşdırılmış addımlar haqqında danışmaq yumşaq desək, müəmmalıdır. Bu haqda AŞPA-nın sıravi deputatı danışanda isə ümumiyyətlə anlaşılmaz olur.

AŞPA-da Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması ilə bağlı müzakirələrin təşəbbüskarı olan almaniyalı deputat Frank Şvabe “BBC”yə müsahibəsində deyib ki, Azərbaycan seçkiləri müşahidə etmək üçün AŞPA-nı deyil, ATƏT/DTİHB-ni dəvət edib.

Onun fikrincə, ATƏT/DTİHB AŞPA missiyasının iştirakı olmadan seçkiləri müşahidə etməyə razı olmamalıdır:

“Bizim belə bir razılaşmamız var: ya birlikdə işləməli, ya da həmin ölkəyə getməməliyik. Hazırda bu məsələ ilə bağlı ATƏT ilə danışıqlar aparırıq”.

O əlavə edib ki, Azərbaycan AŞPA-nı kənarda qoyaraq, ATƏT-i dəvət etməyə üstünlük verib: “Biz buna imkan verməyəcəyik”.

ATƏT/DTİHB-nin işi ilə tanış olan Avropadakı mənbə isə deyib ki, bu ofis hazırda işini seçkilərin müşahidəsi üzrə qurur və ATƏT-in ehtiyacların qiymətləndirilməsi missiyasının nəticələrinə əsasən müşahidəçilərin sayını müəyyənləşdirir.

“Azərbaycanda keçiriləcək seçkilərin müşahidəsi ilə bağlı qərar artıq qəbul olunub. Azərbaycanda keçiriləcək seçkilərdə qısamüddətli və uzunmüddətli müşahidəçilərin sayı da müəyyənləşib.

Seçki günü, yəni fevralın 7-də DTİHB-dən 200-dən çox müşahidəçi, ATƏT PA-dan isə 100-ə yaxın parlamentari səsvermə prosesini izləyəcək.

Buna görə də deputatın belə açıqlamaları təxribatdan başqa bir şey deyil və bu, onun səriştəsizliyini nümayiş etdirir”, - mənbə “Report”a açıqlamasında vurğulayıb.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024