«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Alman deputatlar Azərbaycandan milyonlarla avro rüşvət almaqda ittiham olunurlar - “Bild”

Tarix: 30-01-2024 10:05 | Bölmə: Gündəm | Baxış: 91



Münhen Respublika Prokurorluğu keçmiş Bundestaq üzvləri Aksel Fişer və Eduard Lintnerə qarşı ittiham irəli sürüb.

Press-fakt.com yeniavaz-a istinadla xəbər verir ki, bu barədə Almaniya mətbuatında məlumat dərc olunub.

“Dövlət prokurorluğunun məlumatına görə, Baden-Vürtemberq və Bavariyadan olan iki siyasətçinin Azərbaycanın maraqları naminə səslərə təsir etmək üçün bu ölkədən pul götürdükləri bildirilir”, - “Bild” yazır.


Aksel Fişer

Bildirilir ki, Fişer və Lintnerə qarşı iş Almaniya Xristian Demokrat İttifaqının (CDU) sabiq üzvü, 2021-ci ildə tətildən qayıdarkən gözlənilmədən vəfat etmiş Karin Strenzlə də bağlıdır.

Adıçəkilən şəxslərin Azərbaycandan külli miqdarda pul qəbul etdiyi bildirilir.

“Görünən odur ki, bu, bir neçə milyon avronu əhatə edir”, - nəşr qeyd edir.



Eduard Lintner

Qeyd olunur ki, hər üç siyasətçi Azərbaycanın da təmsil olunduğu Avropa Şurası Parlament Assambleyasının üzvü olub.

Bundestaq üzvü Frank Şvabe ARD telekanalına müsahibəsində deyib ki, bu, 1949-cu ildən bəri Almaniya Bundestaqında baş verən ən pis hadisədir.


Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024