«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
AZƏRBAYCAN AVROPA ŞURASINDAN ÇIXA BİLƏR - PA, MM və XİN-də müzakirə aparılıb

Tarix: 31-01-2024 15:30 | Bölmə: Gündəm | Baxış: 139



Xəbər verdiyimiz kimi, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qərəzli siyasətindən sonra Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırdı.

Trend-in mənbədən əldə etdiyi məlumata görə, AŞPA-nın məlum qərarı ilə bağlı bu günlərdə Prezident Adminstarsiyası (PA), Milli Məclis (MM) və Xarici İşlər Nazirliyinin (XİN) ekspertlərinin iştirakı ilə işçi müzakirə keçirilib.

Müzakirələrdə AŞPA-da Azərbaycana qarşı qərəzli münasibətə və əsassız ittihamlara cavab olaraq Azərbaycanın Avropa Şurasından çıxması və Beynəlxalq Məhkəmənin yurisdiksiyasını tanımaqdan imtina məsələsinin siyasi, hüquqi parametrləri müzakirə olunub.

Xatırladaq ki, daha əvvəl AŞPA-nın qərəzli siyasətinə qarşı olaraq Azərbaycanın Avropa Şurasından çıxa biləcəyi ilə bağlı məlumat vermişdik.

Hazırda isə bu məsələ ekspertlər tərəfindən müzakirə olunur və Azərbaycanın Avropa Şurasından çıxmaq ehtimalı artır.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024