«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
"Dünya sıx birləşməli və Rusiyada şər rejiminə qalib gəlməlidir"- Yuliya Navalnaya

Tarix: 16-02-2024 22:05 | Bölmə: Gündəm / Dünya / Rezonans | Baxış: 163


"Putin ölkəmizlə, ailəmlə və ərimlə bağlı bütün etdiklərinə görə cəzasını alacaq..."
 
"Navalnı Kreml tərəfindən qəddarcasına qətlə yeririlib və bu, Rusiyanın indiki rejiminin təbiəti haqqında təsəvvür yaradır..."
 
Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya bu gün təhlükəsizlik üzrə Münhen konfransının tribunasından çıxış edib. 
 
Bu barədə "kasparov.ru" nəşri məlumat yayıb.
 
Məlumatda deyilir ki, Yuliya Navalnaya ABŞ vitse-prezidenti Kəmalə Harrisin suallar və cavablar sessiyası zamanı zalda yer alıb. Daha sonra söz Yuliyaya verilib.
 
"Mənim dəhşətli xəbərlərə inanmağım gəlmir. Əgər bu, həqiqətdirsə, mən istəyirəm ki, Putin, onun bütün ətrafı, Putin hökuməti bilsin ki, onlar ölkəmizlə, mənim ailəmlə və ərimlə bağlı bütün etdiklərinə görə cəzasını alacaq. Və həmin gün uzaqda deyil", - Navalnaya deyib.
 
O, dünya birliyinə sıx birləşməyə və hazırda Rusiyada mövcud olan "bu şərə, dəhşətli rejimə" qalib gəlməyə çağırış edib.
 
Harris öz çıxışı zamanı Navalnının başına gətirilənləri "Putinin qəddarlığının daha bir sübutu" adlandırıb.
 
Onun sözlərinə görə, Vaşinqton baş verənlərlə bağlı məlumat almağa cəhd edir, lakin "artıq aydındır ki, buna görə məsuliyyət Rusiyanın üzərinə düşür".
 
Navalnaya Münhenə müxalifətçinin seçkiöncəsi qərargahının sabiq rəhbəri Leonid Volkovla Alekseyin hansı dəhşətli şəraitdə olduğunu dünya birliyinə xatırlatmaq üçün gəlib.
 
Bundan öncə məlumat verilib ki, Rusiyanın Yamal-Nenetsk Muxtar Vilayəti üzrə Cəzaların İcrası Federal Xidməti Navalnının koloniyada ölümü barədə bəyan edib.
 
Rusiya KİV-lərinin ilkin məlumatına görə, 47 yaşlı Navalnıda tromboz baş verib. Kremlin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, baş verənlərlə bağlı prezident Putinə məruzə edilib. Qərb siyasətçiləri praktiki olaraq yekdilliklə Navalnının ölümünü qətl adlandırıb.
 
Dünyada Navalnının ölümü geniş əks-səda doğurub.
 
Bir çox KİV-lər Kremlin baş tənqidçisinin Rusiyada prezident seçkilərindən bir ay öncə həlak olduğuna diqqət çəkib.
 
Eyni zamanda CİFX-nin məlumatına Qərbin rəsmi şəxsləri, müxalifətçinin tərəfdarları və rusiyalı təbliğatçılar tərəfindən münasibət bildirilib.
 
Navalnının ölümünə münasibət bildirən ilk xarici lider Latviya prezidenti Edqar Rinkeviç olub:
 
"Aleksey Navalnıya siyasətçi kimi nə düşünməyinizdən asılı olmayaraq, o, indicə Kreml tərəfindən qəddarcasına qətlə yetirilib. Bu, faktdır və bu, Rusiyanın indiki rejiminin təbiəti haqqında təsəvvür yaratmağa imkan verir. Mən onun ailəsinə və dostlarına başsağlığı verirəm".
 
Latviyanın sabiq baş naziri, hazırkı xarici işlər naziri Krişyanis Karinış da Navalnının ölümündə günahı Kremlin üzərinə qoyub. Onun sözlərinə görə, siyasətçinin həlak olması "tamamilə cinayətkar Putin rejiminin vicdanı üzərindədir".
 
Avropa İttifaqının prezidenti Şarl Mişel Navalnının ailəsinə və "bütün dünya boyunca ən zülmət şəraitdə demokratiya uğrunda mübarizə aparanlara" dərin hüznlə başsağlığı verib. Mişelin sözlərinə görə, Navalnı "öz idealları uğrunda ən böyük qurban verib".
 
NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib ki, o, "Rusiydan daxil olan məlumatlardan kədərlənib və narahatdır". O, həmçinin bəyan edib ki, Navalnının ölümü ətrafında bütün faktlar müəyyən edilməli və "Rusiya ən ciddi suallara cavab verməlidir".
 
Avropa Komissiyasının sədri Ursula fon der Lyayyenin fikrincə, "Putin daha heç nədən qorxmur".
 
"Aleksey Navalnının ölümü barədə xəbər məni dərindən sarsıdıb. Bu, Putin və onun rejiminin nə demək olduğunu xatırladır. Gəlin, avtokratiyaya qarşı cəsarətlə çıxış edənlərin azadlığı və təhlükəsizliyi uğrunda birləşək", - o, deyib.
 
Çexiya XİN rəhbəri Yan Lipavski dünyaya "Putinə müqavimət göstərdiyinə görə həbsxanaya salınan və ölümcül əzablara düçar edilən insanın xatirəsini yad etməyə" çağırış edib.
 
Navalnının silahdaşları öz liderinin ölümünə inanmaq istəmir. Müxalifətçinin mətbuat katibi Kira Yarmış yazıb ki, Alekseyin vəkili Xarpa uçub.
 
Rusiyalı təbliğatçılar artıq bəyan edib ki, Qərb Navalnını öz ambisiyalarının qurbanına çevirib. Rusiya Federasiya Şurası müxalifətçinin koloniyada ölümünü "bədbəxt hadisə" adlandırıb.
 
Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, "NATO ölkələri liderlərinin Navalnının ölümündə Rusiyanı dərhal və birbaşa ittiham etməsi özü-özünü ifşadır".

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024