«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Dünya liderləri Navalnının ölümünə necə reaksiya verdilər?- "Mübarizə aparanlar ölür, lakin..."

Tarix: 17-02-2024 14:30 | Bölmə: Gündəm | Baxış: 115



Məlum olduğu kimi, ötən gün Rusiya müxalifəinin lideri, həbsdə olan siyasi fəal Aleksey Navalnı müəmmalı şəkildə vəfat edib. Navalnı 2021-ci ildən saxlandığı Yamalo-Nenets Muxtar Vilayətində yerləşən federal həbsxanada dünyasını dəyişib. 

Həbsxananın rəsmi saytında dərc olunan bəyanatda qeyd olunub ki, Navalnı gəzintidən sonra özünü yaxşı hiss etməyib və huşunu itirərək, yerə yıxılıb. Onun hansı səbəbdən vəfat etdiyi ilə bağlı əlavə məlumat verilməyib. 

Rusiya İstintaq Komitəsi isə Navalnının ölümü ilə bağlı məhkəmə istintaqının başladığını açıqlayıb.

Press-fakt.com xəbər verir ki, Navalnının ölümü bütün dünyada böyük rezonans doğurub.

Əksər dünya liderləri siyasi fəalın ölümündə Rusiya və Prezident Vladimir Putini günahlandırıblar. Həmçinin ötən gündən bəri Rusiya başda olmaqla, bir çox ölkədə Navalnının ölümü ilə bağlı etiraz aksiyaları keçirilib.

Bu barədə ilk açıqlama verənlərdən biri NATO-nun baş katibi Yens Stoltenberq olub.



“Rusiyadan gələn xəbərlərdən kədərlənirəm və narahatam. Bütün faktları üzə çıxarmaq lazımdır. Rusiyanın cavab verməli olduğu suallar var. Navalnı uzun illərdir ki, azadlığın və demokratiyanın güclü səsi olub. 

Biz Navalnının uzun illər boyu dəstəklədiyi kimi, demokratiya və azadlığa inanan hər kəsi dəstəkləməyə davam edəcəyik. Rusiya getdikcə avtoritar gücə çevrilir. Rusiyanın uzun illərdir müxalifətçilərə qarşı təzyiqlər etdiyini gördük və görürük",-deyə o qeyd edib.

Almaniya kansleri Olaf Şolts isə bildirib ki, "rusiyalı fəal cəsarətinin əvəzini həyatı ilə ödəyib”.



Avropa İttifaqı Şurasının sədri Şarl Mişel sosial şəbəkə hesabından etdiyi paylaşımda Navalnının demokratiya və azadlıq uğrunda mübarizə apardığını qeyd edib:“O, idealları üçün ən böyük fədakarlığı etdi. Bu faciəli ölümə görə yalnız Rusiya rejimi məsuliyyət daşıyır. 

Mən onun ailəsinə və dünyanın hər yerində, ən qaranlıq şəraitdə demokratiya uğrunda mübarizə aparanlara dərin hüznlə başsağlığı verirəm. Mübarizə aparanlar ölür, lakin azadlıq uğrunda mübarizə heç vaxt bitmir”.



Britaniyanın Baş naziri Rişi Sunak da Navalnının həyatı boyu inanılmaz cəsarət nümunəsi göstərdiyini bəyan edib və onun ölümünü “dəhşətli xəbər” adlandırıb.



ABŞ-nin vitse-prezidenti Kamala Harris Münxen Təhlükəsizlik Konfransındakı çıxışında Navalnının Rusiya həbsxanasında ölməsi xəbərini “dəhşətli xəbər” adlandırıb və “Əlbəttə, bu, dəhşətli xəbərdir” deyib. O da bu məsələdə Rusiyanın məsuliyyət daşıdığını bildirib.

Ukrayna Prezidenti Volodimir Zelenski isə qeyd edib ki, "rusiyalı dissidentin Putin tərəfindən öldürülməsi məlumdur və Putin buna görə cavab verməlidir”.

Fransanın xarici işlər naziri Stefan Sejourne sosial media hesabından verdiyi açıqlamada rusiyalı dissident Navalnının “Rus zülmünə qarşı müqavimətinin əvəzini həyatı ilə ödədiyini” ifadə edərək, “Navalnının həbsdə ölməsi Putin rejiminin reallıqlarını göstərir” deyib.

Çexiyanın xarici işlər naziri Yan Lipavski Putinə qarşı "döyüşdüyünə" görə həbsdə olan, işgəncələrə məruz qalan və həlak olan şəxsin xatirəsini yad etməyə çağırıb.



Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş isə Aleksey Navalnının Rusiyada həbsxanada ölümü ilə bağlı şəffaf araşdırma aparmağa çağırıb.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024