RUSİYA ATOM STANSİYASINI VURDU - “Partlayış olsa, bu, Avropanın sonu olacaq” /VİDEO
Bu gün səhər saatlarında Rusiya hərbçilərinin açdığı atəş nəticəsində Zaporojye Atom Elektrik Stansiyada yanğın baş verib. Yanğın 2 min kvadratmetr sahəni əhatə edib.
Hadisə yerinə Ukraynanın Fövqəladə Xidmətinin yanğınsöndürən briqadaları cəlb edilib.
Ukrayna Prezidenti Volodimir Zelenski Zaporojye AES-in atəşə tutulması barədə danışıb. O, bu barədə videomüraciətində bildirib.
Dövlət başçısı qeyd edib ki, Rusiyadan başqa heç bir dövlət indiyədək nüvə enerji bloklarını atəşə tutmayıb: "Avropa indi oyanmalıdır: Avropanın ən böyük AES-i yanır. Hazırda Rusiya tankları nüvə bloklarını atəşə tutur. Bunlar termal kameralarla təchiz olunmuş tanklardır. Yəni harada atəş açdıqlarını bilirlər. Bunun üçün hazırlaşırdılar”.
O, Çernobıl hadisəsini xatırladıb və əlavə edib ki, Rusiya bunu təkrarlamaq istəyir və artıq təkrar edir:"Orada 6 enerji bloku var! Çernobılda bir enerji bloku partladı”.
Zelenski Ukraynanın tərəfdaşları ilə də əlaqə saxladığını bildirib: "Mən artıq Çarlz Mişellə, Şolzla danışmışam, Duda ilə danışmışam, Prezident Baydenlə danışmışam. Biz İAEA rəhbəri Qrossi ilə, eləcə də Baş nazir Consonla əlaqə saxlamışıq. Biz hamıya xəbərdarlıq edirik, Rusiyadan başqa heç bir ölkə heç vaxt nüvə enerji bloklarına atəş açmayıb. Bu, bizim tariximizdə, bəşəriyyət tarixində ilk dəfədir ki, bir terrorçu dövlət də nüvə terroruna əl atır”.
O, həmçinin qeyd edib ki, rus təbliğatçıları "dünyanı nüvə külü ilə doldurmaqla” hədələyirlər. "İndi bu, təhlükə deyil, indi reallıqdır”, - deyən dövlət başçısı əlavə edib ki, stansiyada yanğının necə başa çatacağı məlum deyil.
Zelenski vurğulayıb ki, ukraynalılar AES-i həmişə təhlükəsiz saxlayıblar: "Rusiya ordusunu dərhal dayandırmalıyıq! Partlayış olarsa, bu, hər şeyin sonu, Avropanın sonu olacaq! Bu, Avropanın boşaldılmasıdır! Yalnız Avropanın təcili hərəkəti dayandıra bilər. Avropanın AES-dəki fəlakətdən ölməsinə imkan verməyin!”.
Ukrayna XİN də Zaporojye AES-də yanğın nəticəsində ortaya çıxan partlayış riski ilə bağlı bəyanat yayıb.
Bəyanatda bildirilir ki, yanğına Rusiya qoşununun açdığı atəş səbəb olub.
“Rusiya ordusu Avropanın ən böyük AES-ini hər tərəfdən atəşə tutur. Artıq yanğın başlayıb. Partlayış baş versə Çernobıldakından 10 dəfə böyük olacaq”, - deyə xarici işlər naziri Dmitri Kuleba xəbərdarlıq edib.
Böyük Britaniyanın Baş naziri Boris Conson Ukraynanın Zaporojye Atom Elektrik Stansiyasında (AES) yaranmış vəziyyətlə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.
Bu barədə baş nazirin mətbuat xidməti məlumat yayıb.
Böyük Britaniyanın Baş naziri Boris Conson ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub. Tərəflər Rusiyanı AES-ə hücumu dərhal dayandırmağa çağırıblar və fövqəladə xidmətlərin stansiyaya maneəsiz daxil olmasına şərait yaradılması barədə həmfikir olduqlarını bildiriblər.
B.Conson qeyd edib ki, indi Rusiya liderinin düşünülməmiş hərəkətləri bütün Avropanın təhlükəsizliyinə təhdid yaradır.
[media=https://www.youtube.com/watch?v=pQ3r-lSDaNo]
Digər xəbərlər
Tarix: 04-03-2022 13:22 | Bölmə: Gündəm | Baxış: 164

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024