«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
"Öz siyasi OPPONENTİNİ QƏTLƏ YETİRƏN PREZİDENT legitim hesab edilə bilməz"- Yuliya Navalnaya

Tarix: 20-02-2024 22:10 | Bölmə: Gündəm / Aktual / Rezonans | Baxış: 153


"Putin rejiminin əsasını korrupsiya təşkil edir, onun özü isə dünyanın bəlkə də ən zəngin adamıdır..."
 
Yuliya Navalnaya mart ayında Rusiyada keçiriləcək prezident seçkilərinin nəticələrini tanımamağa çağırış edib
 
Rusiyanın koloniyada qətlə yetirilən müxalif siyasətçisi Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya Avropa İttifaqının xarici işlər üzrə Şurasında çıxış edib.
 
Bu barədə "currenttime.tv" nəşri məlumat yayıb.
 
Navalnaya öz nitqində dörd konkret təklif səsləndirib.
 
Birincisi, o, bu ilin mart ayında Rusiyada keçiriləcək prezident seçkilərinin nəticələrini tanımamağa çağırış edib.
 
"Putun üzdəniraq seçkilərə bir ay qalmış ərimi qətlə yetirib. Bu seçkilər saxtadır, lakin hər halda Putinə lazımdır. Təbliğat üçün lazımdır.
 
O, Rusiyada hamının ona dəstək verdiyinə və ona heyran olduğuna bütün dünyanı inandırmaq istəyir.
 
Bu təbliğata uymayın. Öz əsas siyasi opponentini qətlı yetirən prezident legitim hesab edilə bilməz",
- Navalnaya deyib.
 
O vurğulayıb ki, bəyanatlar vermək və illərlə nələrisə müzakirə etmək əvəzinə siyasətçilər hərəkət etməlidir. Müraciətin mətni Navalnı komandası tərəfindən dərc edilib.



İkincisi, Navalnaya qeyd edib ki, "Putin rejiminin əsasını korrupsiya təşkil edir, Putinin özü isə bəlkə də dünyanın ən zəngin adamıdır".
 
Navalnının sözlərinə görə, Putin və onun milyardçı dostları "Avropanın özünün güclü tərəfi hesab etdiyi qanunun aliliyini istismar edir".
 
"Putinin dostları, sadəcə, sizə gülür. Əgər qanun hərbi cinayətkarlar və qatilləri cəzalandlırmağa imkan vermirsə, deməli, burada nəsə qaydasında deyil. Sanksiyalar tətbiq edin. Onun təxminən 500 nəfər üzdəniraq "etibarlı şəxsləri"nə təzyiq edin. 
 
Putini təşviq edən, ona dəstək verən və onun qatil rejiminin yaşamasına kömək edən məşhur adamlara, müğənni və aktyorlara təzyiq edin.
 
Əgər onlar Putini bu qədər sevirsə, nədən onların Avropada evləri və villaları var? Onların hamısının uşaqları və arvadları da buradadır", - Navalnaya deyib.
 
Üçüncüsü, o, Rusiya və Putini bir-birindən ayırmağa çağırış edib.
 
"Müharibə və diktaturadan qaçan insanlar bizim düşmənlərimiz deyil. Onlara acımaq və onları müdafiə etmək lazımdır. Müasir Nansen komissiyasına uyğun (Qaçqınların işi üzrə beynəlxalq təşkilat-red.) mexanizm gərəkdir.
 
Məhz bu insanlar Rusiyanın gözəl gələcəyinin bir parçası olacaq. Onlar tez bir zamanda evlərinə dönmək üçün Rusiyanın normal ölkə olmasını istəyir. Və siz bu işdə onlara kömək etməlisiniz".
 
Dördüncüsü, Navalnaya xatırladıb ki, ərinin cəsədi anasına verilmir. "Cinayətkarlar öz cinayətlərinin izlərini itirir. Yenidən onlara məsuliyyətdən qaçmağa imkan verməyin", - Navalnaya deyib.
 
Bu çıxışından sonra Yuliya Navalnayanın "X" sosial şəbəkəsində "X Qaydalarının pozulmasına" görə səhifəsi bloklanıb.
 
Navalnaya bu sosial şəbəkədə cəmi bir gün öncə qeydiyyatdan keçib. Burada o, rusiyalılara videomüraciət dərc edərək bəyan edib ki, öz ərinin işini davam etdirəcək və yaxın zamanlarda onun ölümünün səbəblərindən danışacağını vəd edib.
 
Bir sutka ərzində Navalnayanın səhifəsinə 90 mindən artıq adam yazılıb. Səhifə bloklandıqdan bir neçə saat sonra sosial şəbəkə administrasiyası səhifənin müvəqqəti bloklanmasını "manipulyasiyalar və spamdan mühafizə sisteminin yanlışlığı ilə" izah edib.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024