AZƏRBAYCANDA JURNALİSTLƏRİN TƏQİBİ... Avropa Şurası Platformasının məruzəsində
Avropa Şurasının Jurnalistikanın Müdafiəsi və Media Nümayəndələrinin Təhlükəsizliyi Platforması "Avropada mətbuat azadlığı: vəziyyəti dəyişdirməyin vaxtıdır" başlıqlı illik hesabatı dərc edib.
Beynəlxalq jurnalistika təşkilatları - Avropa Şurasının tərəfdaşları tərəfindən hazırlanmış 100 səhifəlik məruzə martın 5-də Yunanıstanın Selanik şəhərində keçirilən mətbuat konfransında təqdim edilib.
Məruzədə "2023-cü ildə KİV azadlığı sahəsində on beş QHT tərəfindən dərc edilmiş xəbərdarlıqlar əsasında Avropa Şurasına üzv dövlətlərdə, Rusiya və Belarusda KİV azadlığına əsas təhdidlər" qiymətləndirilib, deyə Avropa Şurasının press-relizində bildirilir.
Məruzədə Azərbaycanda jurnalistlərin təqibi faktları da əksini tapıb.
Azərbaycan jurnalistlərin izlənilməsi üçün casus proqramlarından (Pegasus) istifadə olunan ölkələr (Fransa, Yunanıstan, Türkiyə, Macarıstan, İspaniya ilə birlikdə) arasında göstərilib.
Eyni zamanda, "nümayişlərin işıqlandırılması" zamanı polisin jurnalistlərə hücum etdiyi 8 hadisə yada salınır.
Azərbaycan "jurnalistlərin qətlinə görə cəzasızlıq" haqqında bölməyə də daxil edilib. Nümunə kimi jurnalist Elmar Hüseynovun və publisist Rafiq Tağının qətlinin üstünün açılmaması göstərilir.
Azərbaycanda jurnalistlər öz fəaliyyətlərini həyata keçirərkən qısamüddətli həbslərə məruz qalırlar. Xüsusən, 2023-cü ilin yayında Gədəbəy rayonunun Söyüdlü kəndində yerli əhalinin etirazlarından sonra polis yaşayış məntəqəsinə girişi məhdudlaşdırıb və jurnalistlərin işinə mane olub.
Hesabatda həmçinin Azərbaycanda jurnalistlərin "fəaliyyətlərinə görə qisas olaraq" inzibati həbslərə məruz qaldığı hallar qeyd olunur. Vüqar Məmmədovun ("Hürriyyət TV"), Nurlan Qəhrəmanlının (frilanser), Vəli Şükürzadənin (fotoreportyor) həbsləri bu silsilədəndir.
Məruzədə Abzas Media-nın "xarici valyuta qaçaqmalçlılığı" ittihamı ilə həbs edilmiş jurnalistlərinin işi də yada salınır.
Daha sonra Avropa Şurasında həbsdə olan jurnalistlərin və blogerlərin adları sadalanır. Bu siyahıda ümumilikdə 55 nəfərin adı var, onların 16-sı Azərbayandadır.
Siyahıda aşağıdakı şəxslərin adları var:
Ərşad İbrahimov (dunyaninsesi.az saytı), Aslan Qurbanov (bloger), Əvəz Zeynallı (Xural.tv), Əziz Orucov (Kanal-13), Elnarə Qasımova (Abzas Media), Elnur Şükürov (Səda TV), Hafiz Babalı (Turan Agentliyi), İbrahim Şükürov (azerinof.az saytı), Məhəmməd Kekalov (Abzas Media), Nərgiz Absalamova (Abzas Media), Osman Nərimanoğlu (Demokratik.az saytı), Polad Aslanov (xeberman.com saytı), Rəşad Ramazanov (bloger), Sevinc Vaqifqızı (Abzas Media), Ülvi Həsənli (Abzas Media), Şamo Emin (Kanal 11).
Məruzədə Avropa Şurasına Azərbaycan və Türkiyəni "Avropa Şurasının Jurnalistlərin Təhlükəsizliyi Platforması ilə dialoqa qayıtmağa" çağırmaq tövsiyə olunur.
Müəlliflər Avropa Şurasına jurnalistlərin müdafiəsini və KİV azadlığını gücləndirən mexanizmlər işləyib hazırlamağı tövsiyə ediblər.
Eyni zamanda, AŞ-a üzv dövlətlərin AİHM-nin qərarlarına riayət etməsini təmin etmək və ədalətsiz olaraq həbs edilənlərin dərhal azad edilməsinə nail olmaq üçün qətiyyətli davranmaq, jurnalistlərə qarşı təhdidlər haqqında məlumatları araşdırmaq və jurnalistlərin təhlükəsizliyinin təmin edilməsi üzrə milli fəaliyyət planları qəbul etmək təklif olunur.
Məruzənin tam mətni ilə burada tanış olmaq olar./Turan
Digər xəbərlər
Tarix: 05-03-2024 15:05 | Bölmə: Gündəm / Ölkə / Aktual | Baxış: 154

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024