«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
“Toplum TV” işi üzrə MÜQƏSSİR MÜƏMMASI: Niyə EVİNDƏN minlərlə avro, CİBİNDƏN isə cəmi 3 manat çıxır

Tarix: 08-03-2024 13:10 | Bölmə: Gündəm / Ölkə | Baxış: 195
“Toplum TV” işi üzrə saxlanılanlar deyib ki polis onların  üzərlərinə valyuta atıb və təzyiq edib


“Toplum TV” işi üzrə saxlanılanlar deyib ki polis onların  üzərlərinə valyuta atıb və təzyiq edib


Martın 6-da saxlanılan Toplum TV əməkdaşlarına və digər fəallara qarşı təzyiqlər edilib,- onların vəkillər bildirib.


Martın 7-də vəkilləri Bakı şəhər Baş Polis İdarəsində saxlanılan şəxslərlə görüşüb. Elçin Sadıqov Turan-a bildirib ki,  o, Toplum TV-də sosial media meneceri işləyən Elmir Abbasovu ziyarət edib.

Axtarış zamanı Abbasovun mənzilindən 2700 avro aşkar edilib. “Elmir bu pulların ona heç bir aidiyyəti olmadığını və axtarışla gələnlər tərəfindən qoyulduğunu dedi” – vəkil bildirib.

Abbasova  hədə-qorxu gələrək mobil telefonunun parolunu bildirməyini tələb ediblər.  Vəkilin sözlərinə görə, Abbasov qaçaqmalçılıq işi üzrə şübhəli şəxs statusundadır.

"48 saat ərzində onun barəsində ittiham elan edilməli və həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə  aparılacag. Əgər faktiki həbs vaxtını nəzərə alsaq, martın 8-i saat 13.00 radələrində 48 saat tamam olacaq” , - vəkil qeyd edib.

Toplum TV-nin videoredaktoru Müşfiq Cabbarın vəkili Neymət Kərimli bildirib ki, martın 7-də paytaxt polis idarəsində jurnalistlə görüşüb.

"Müşviq Cabbarın mənzilində axtarış aparılıb və 3200 avro tapılıb.

Müşviq  bildirib ki, bu pulun ona və ailəsinə heç bir aidiyyəti yoxdur. Aydındır ki, pulu polislər qoyub",
- vəkil Turan-ın müxbirinə bildirib.

Onun sözlərinə görə, Cabbar gecə saat ikidən dördə kimi dindirilib. “Bu, psixoloji təzyiqdir və mahiyyət etibarı ilə işgəncədir”,- vəkil bildirib.

Rövşən Rəhimovun vəkili Demokratik Təşəbbüslər İnstitutunun  (Toplum TV ilə eyni ofisdə yerləşən və bu nəşrin tərəfdaş təşkilatı) əməkdaşı İlkin Əmraxova baş çəkib.

Vəkil bildirib ki, Əmraxovun mənzilinə baxış zamanı  2800 avro aşkar edilib. "O dedi ki, pul onunku deyil. Belə vəsaiti olsaydı, xəstə anasının və qardaşının müalicəsinə xərcləyərdi. Ailənin maddi imkanları çox məhduddur", - vəkil vurğulayıb. Onun sözlərinə görə, polis gəncə psixoloji təzyiq göstərib.

Vəkil qeyd edib ki, məhkəmə martın 8-də Əmraxovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaqın vəsatətinə baxacaq.

Axtarış zamanı Demokratik Təşəbbüslər İnstitutunun digər əməkdaşı Ramil Babayevin mənzilində 2300 avro aşkar edilib, onun vəkili Aişə Abdel Qədir Turan-a bildirib.

“Gənc bu pulun ona məxsus olmadığını, heç vaxt belə vəsaitinin olmadığını, saxlanılan zaman cibində cəmi 3 manat , kartında  isə daha 22 manat olduğunu bildirib."

Məhkəmə martın 8-də onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaqın vəsatətinə baxacaq.
Demokratik Təşəbbüslər İnstitutunun digər əməkdaşı Əli Zeynalənin vəkili şərh almaq mümkün olmayıb.

Toplum TV-nin əməkdaşı Fərid İsmayılovun vəkili Zibeydə Sadıqova  müvəkkilinə təzyiqlər edildiyini bildirib.  İsmayılov qaçaqmalçılıq ittihamını rədd edir. "Onun mənzilində axtarış aparıblar, 3100 avro tapıblar. Fərid bildirib ki, bu pul ona məxsus deyil, polis əməkdaşları özləri qoyublar", - Sadıqova bildirib.

"Fərid noyabr və dekabr aylarında üç dəfə ağciyərini əməliyyat etdirib. O hələ də həkimlərin nəzarətindədir və biz ondan çox narahatıq", - vəkil qeyd edib.

Xatırladaq ki, bu işdə Demokratik Təşəbbüslər İnstitutu və Üçüncü Respublika Platformasının rəhbəri Akif Qurbanov da saxlanılıb. Saxlanılan 7 nəfərin hamısı barəsində bu gün həbs qətimkan tədbirinin seçiləcəyi gözlənilir./Turan

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024