«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
NAZİR İRƏVANIN 6 BƏNDİNDƏN DANIŞDI - “Bu haradasa Azərbaycanın ərazi bütövlüyünün tanınmasıdır"

Tarix: 10-05-2022 12:40 | Bölmə: Gündəm | Baxış: 194



“Azərbaycan tərəfi hələ fevral ayında Ermənistana sülh müqaviləsinin təməl prinsiplərini təqdim edib. Ermənistan tərəfi isə həmin baza prinsiplərində onlar üçün qəbulolunmaz heç nəyin olmadığını bildiriblər”.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib.

“Daha sonra Ermənistan tərəfindən Azərbaycanın 5 təklifinə 6 təklifin verilməsi xəbərləri yayılmışdı. Böyük ehtimalla, hər kəs Ermənistan tərəfinin qeyd etdiyi sənədi görüb, çünki onlar bu sənədi açıq formada yayıblar. Lakin sənədə baxdıqda buna təklif demək olmaz. Həmin sənəd təqdim olunan zaman Ermənistan tərəfi bunu Azərbaycanın təkliflərinə reaksiya kimi bildirmişdi.
Həmin o 6 bənddən biri ondan ibarətdir ki, Azərbaycan tərəfi 21 fevral tarixli baza prinsiplərini nəyə görə Ermənistana mart ayının əvvəlində təqdim edib? Biz bəyan etmişdik ki, təkliflər vasitəçilərin köməyi ilə təqdim olunub. Bu səbəbdən bu sual onlara ünvanlansa, daha doğru olar.”, - nazir vurğulayıb.

“Mən o 6 bənddən ibarət reaksiyanın bir neçəsini sadalaya bilərəm və siz də qənaətə gələ bilərsiniz ki, bunu nə qədər təklif adlandırmaq olar”, - deyə Ceyhun Bayramov bildirib.

Nazir qeyd edib ki, Ermənistanın reaksiyası haradasa Azərbaycanın ərazi bütövlüyünün tanınmasıdır.
Xatırladaq ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycanın sülh gündəliyi ilə bağlı 5 maddəlik baza prinsipinə 6 bəndlə cavab verildiyini açıqlayıb.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024