Dünya ölkələri Moskvadakı dəhşətli terrorla bağlı bəyanatlar yayır
Moskvadakı "Crocus City Hall"da baş vermiş dəhşətli hadisə ilə bağlı dünyanın bir çox ölkələrinin rəsmiləri tərəfindən terroru pisləyən bəyanatlar yayılır.
Türkiyənin Xarici işlər naziri Hakan Fidan "Crocus City Hall"da törədilən terror aktı ilə bağlı rusiyalı həmkarına zəng edib.
Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Hakan Fidan Rusiya XİN başçısı Sergey Lavrovla telefon danışığında Moskvada baş vermiş terror aktı ilə bağlı başsağlığı verib.
Türkiyənin XİN başçısı rusiyalı diplomatla söhbətində baş vermiş terror hücumunu qətiyyətlə pisləyib.
Həmçinin Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz "Crocus City Hall"da baş verən terror aktından sonra Rusiyaya başsağlığı verib. O, rəsmilərin təfərrüatlarını və açıqlamalarını izləməyə çağırıb. Siyasətçi qeyd edib ki, terror “bütün dünyanın problemidir”.
"Rusiya xalqına başsağlığı verirəm. İndi təfərrüatları, rəsmilərin açıqlamalarını izləmək lazımdır. Biz sadəcə terrordan danışırdıq, bu, bütün dünyanın problemidir" - vitse-prezident CNN Türk-ün canlı efirində deyib.
Azərbaycan Prezidenti İlham Əliyev də rusiyalı həmkarı Vladimir Putinə başsağlığı verib. Dövlət başçısının Rusiya Prezidentinə ünvanladığı başsağlığı mətnində qeyd olunub:
"Hörmətli Vladimir Vladimiroviç,
“Crocus City Hall” konsert zalında baş vermiş dəhşətli terror aktı xəbəri bizi dərindən sarsıtdı.
Bu terror aktını şiddətlə qınayır, Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, Rusiya xalqına və həlak olmuş şəxslərin ailələrinə və yaxınlarına səbir, yaralalanlara isə tezliklə şəfa diləyirəm".
İtaliya Xarici İşlər Nazirliyinin rəhbəri bildirib ki, İtaliya hökuməti istənilən terror aktını pisləyir və “Krokus”da həlak olanların ailələrinə dəstəyini ifadə edir.
Kubanın xarici işlər naziri Bruno Rodriges Parrilla Moskva yaxınlığındakı Crocus City Hallda törədilən terror aktını pisləyib və başsağlığı verib.
"Moskva vilayətində Crocus City Hall konsert zalında törədilmiş və çoxlu sayda insanın ölümü və yaralanması ilə nəticələnən terror aktını pisləyirik.
Rusiya xalqına və hökumətinə, xüsusən də qurbanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk"– dövlət başçısının Kuba Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsində yayılan bəyanatında deyilir.
Pakistan Xarici İşlər Nazirliyi Crocus City Hall-da törədilən “dəhşətli hücumu” pisləyib və Rusiyaya başsağlığı verib.
"Konsert zalında törədilən iyrənc hücumu qətiyyətlə pisləyirik... Qurbanların ailələrinə dərin hüznlə başsağlığı veririk.
Bu ağır saatlarda biz Rusiya Federasiyasının xalqı və hökuməti ilə həmrəyik" - Pakistan XİN-in "X"sosial şəbəkə hesabında yaydığı bəyanatında deyilir.
Belarus Prezidenti Aleksandr Lukaşenko da rusiyalı həmkarı Vladimir Putinə Crocus City Hall-da baş vermiş fövqəladə vəziyyətlə əlaqədar başsağlığı verib. Məlumatı Belarus Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.
"Biz bu çətin anlarda qardaş rus xalqının yanındayıq. Xilasetmə əməliyyatına uğurlar arzulayırıq. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirik" - bəyanatda deyilir.
Belarus Xarici İşlər Nazirliyi Crocus City Hall-a hücumu bəraət qazana bilməyən dəhşətli terror aktı adlandırıb.
"Biz Moskvada baş verənləri dərin ağrı ilə izləyirik. Bu dəhşətli terror aktına haqq qazandırmaq olmaz" - Belarus XİN-in yaydığı bəyanatda deyilir.
Qeyd edək ki, Rusiya Federal Təhlükəsizlik Xidməti cümə günü axşam saatlarında atışma və yanğının Moskvanın şimal-qərb sərhədində, Krasnoqorsk vilayətində, Crocus City Hall binasında musiqi qrupunun konsertindən əvvəl baş verdiyini bildirib.
FTX-nın yaydığı ilkin məlumata görə, terror aktı nəticəsində 40-dan çox dinc insan ölüb, 100-dən çox adam yaralanıb.
Xüsusi hüquq-mühafizə orqanları bütün lazımi tədbirləri görür. Rusiya İstintaq Komitəsi terror aktı ilə bağlı cinayət işi açıldığını bildirib.
Digər xəbərlər
Tarix: 23-03-2024 00:40 | Bölmə: Gündəm / Rezonans | Baxış: 133

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024