«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
“Crocus City”də TERROR AKTININ XƏYALİ VƏ REAL İŞTİRAKÇILARI - Ərəb dilində danışanlar heç də tutulan taciklərə oxşamır /FOTO

Tarix: 24-03-2024 16:00 | Bölmə: Gündəm / Təhlil | Baxış: 193

Terrorçuları saxlayaraq onlardan birinin qulağını kəsən Rusiya təhlükəsizlik qüvvələri öz əməllərindən nəinki utanırlar, hətta taciklərin qulağını kəsmək üçün istifadə edilən bıçağı da auksionda satışa çıxarıblar.

Onlar terrorçularla Putinin əmr etdiyi kimi davranacaqlarını - işgəncə və öldürməyi vəd edirlər. 

Tacik milliyyətli olduğu iddia edilən terrorçunun qulağını kəsmək üçün istifadə edilən qanlı bıçaqa görə artıq 300 min verirlər, amma satan 10 milyon istəyir. 

Tacik diasporası buna dözəcəkmi?

Öz növbəsində ABŞ kəşfiyyati terror aktında İŞİD-in "Vilayət Xorasan" bölməsi və ya terror qruplaşmasının Əfqanıstandakı hücrəsi olan İŞİD-K-nın iştirak etdiyini bildirir. O, Əfqanıstandakı etnik azlıqlardan, o cümlədən taciklərdən ibarətdir.

2024-cü ilin əvvəlində "Vilayət Xorasan" İstanbulda terror aktı həyata keçirdi -  Müqəddəs Məryəm katolik kilsəsində. 

Türkiyə xüsusi xidmət orqanlarının məlumatına görə, terror aktının həmtəşkilatçısı Tacikistan və çox güman ki, Rusiya Federasiyası vətəndaşı, Tacikistan "Vilayəti Xorasan" hücrəsinin üzvü Abdullo Burievdir.

Rusiya Federasiyasına səfər edən insanlar arasında Abdulla və ya Abdulla Buriev adlı 20-dən çox insan var. 

Onlardan biri hətta müqavilə əsasında Rusiya Silahlı Qüvvələrində xidmət edib. Lakin onların hər biri haqqında məlumat tam əminliklə deməyə imkan vermir ki, bu, eyni yaraqlı Abdulla Buriyevdir.

* * *

Martın 22-də "Crocus Cıty"yə edilən hücum zamanı İŞİD terrorist təşkılatına yaxın olan  "Amaq" Agentliyi terrorçuların özlərinin çəkdiyi bir video yayıb. 

Terroristlər ərəb dilində danışırlar və heç də FSB tərəfindən tutulan və qulaqları kəsilən taciklərə oxşamırlar.  

Həqiqi terrorçular videoya hər şeyi atəşə tutaraq insanları sakitcə öldürən hündür və fiziki cəhətdən güclü insanlardır.

FSB-nin meşədə tutdugu “terrorist" isə ondan nə istədiklərini başa düşmür. Eyni şəkildə, dindirilmə zamanı digər taciklər "Crocus"a gedib orada insanları öldürdüklərini söyləmirlər. 

Onlardan yalnız biri, hansısa Abdullo “kafirləri öldürmək” lazım olduğunu söylədi. 

Eyni zamanda, silahın haradan alınmasını, teraktın necə planlaşdırdıqlarını və cinayət yerini necə tərk etdikləri barədə bir söz deyilmir.

Çox güman ki, tutulan taciklər bir növ radikal qrupla əlaqəli ola bilər, amma həqiqi terrorçular tamamilə fərqli insanlardır. 

Bunu təsdiq edən bir şey odur ki, FSB əvvəlcə tacik milliyyəti olan tamamilə günahsız vətəndaşları terror hücumunda günahlandırmışdı./Turan



Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024