«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
LAÇIN TAM AZƏRBAYCANIN NƏZARƏTİNƏ KEÇİR - Paşinyan ermənilərin köçürüləcəyini təsdiqlədi

Tarix: 28-06-2022 15:40 | Bölmə: Gündəm / Aktual | Baxış: 173



44 günlük müharibədən sonra Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli razılaşmaya görə, Laçın dəhlizinə alternativ marşrutun istifadəyə verilməsindən sonra Laçın şəhəri və Zabux kəndi Azərbaycana təhvil verilməlidir. Yeni yol Ermənistanla sərhəddən - Gorusun Kornidzor kəndindən başlayır, Laçından yan keçub Şuşa rayonunun Kiçik Qaladərəsi və Böyük Qaladərəsi kəndlərinədək uzanmaqla Turşsu kəndində Xankəndiyə gedən köhnə magistralla kəsişəcək.

Xatırladaq ki, Azərbaycan ötən ilin əvvəlindən başlayaraq bu yolu çəkməyə başlayıb. Rusiya XİN rəhbəri Sergey Lavrovun Bakıya səfəri ərəfəsində yolun fotoları da yayılıb. Rəsmi məlumata görə, yaxın aylarda yolun asfatlanması işi başa çatacaq.

Dünən jurnalistlər və bloqerlər üçün mətbuat konfransı keçirən Ermənistanın Baş naziri Nikol Paşinyan da Laçın şəhərində və Zabux kəndində hələ də qalan ermənilərin köçürüləcəyini təsdiqləyib. Baş nazir vəd edib ki, köçürülən şəxslər dövlət hesabına mənzillə təmin ediləcəklər.

Ermənistanın baş naziri Nikol Paşinyan xatırladıb ki, Qarabağın dağlıq hissəsinə gedən marşrutun dəyişdirilməsi ilə bağlı razılıq Ermənistan, Azərbaycan və Rusiya dövlət başçılarının 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına əsasən əldə olunub. Laçın şəhərindən yan keçən yeni Xankəndi-Gorus yolu tamamilə Rusiya sülhməramlılarının nəzarəti altında olacaq.



“Sus kəndinə gəlincə, məndə heç bir məlumat yoxdur”, - deyə Paşinyan bildirib.

Qeyd edək ki, Paşinyan “Laçın dəhlizi” boyunca yerləşən daha bir kənddən bəhs edib. Modern.az-ın mlumatına görə, bu gün məlum olub ki,  “Laçın dəhlizi”nə çəkilən alternativ yol istifadəyə veriləndən sonra Laçın şəhəri və Zabux kəndi ilə yanaşı, bir qrup erməninin qanunsuz yaşadığı Sus kəndi də Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçəcək.

Xatırladaq ki, 2020-ci il dekabrın 1-də işğaldan azad edilən Laçın rayonunun bir hissəsi, o cümlədən Laçın şəhəri Yuxarı Qarabağdan Ermənistana gediş-gəlişə ayrılan 5 kilometr enində zolağa – “Laçın dəhlizi”nə düşüb. Həmin zolağa Rusiya hərbçiləri nəzarət edir.

Hazırda “Laçın dəhlizi”ində Laçının rayon mərkəzi və 6 kəndi yerləşir: Qarıkaha, Ağanus, Fətəlipəyə, Kəravuz, Sus, Zabux. Bu kəndlərdən 4-ü boşdur, 2-də isə - Sus və Zabuxda - ermənilər qanunsuz olaraq məskunlaşdırılıblar.

2020-ci ildə “sülhməramlı” adı ilə Qarabağa yerləşdirilən Rusiya hərbçiləri hazırda Laçın şəhərinə və bu 6 kəndə nəzarət edirlər. Rəsmi statistikaya görə, Laçın rayonunda 1 şəhər, 1 qəsəbə, 125 kənd var.

Qeyd edək ki, hazırda Rusiya hərbçilərinin nəzarət zonasında yerləşən “Laçın dəhlizi”ində yerləşən Laçın şəhərində, Qarıkaha, Ağanus, Fətəlipəyə, Kəravuz, Sus, Zabux kəndlərində tarix boyu erməni yaşamayıb. Onlar həmin ərazilərə 1992-ci ildəki işğaldan sonra yerləşdiriliblər.



Paşinyanın haqqında bəhs etdiyi Sus kəndi Həkəri və Zabux çaylarının sahilində yerləşir. Kənd 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib.

Sus kəndi 2020-ci ildə İkinci Qarabağ müharibəsidən sonra imzalanan 10 noyabr atəşkəs razılaşması ilə Rusiya sülhməramlılarının nəzarəti altına düşüb. Sus kəndinin əsas təsərrüfatı heyvandarlıq, bağçılıq və əkinçilik olub. Vaxtilə Susda Həkəri çayı boyunca tut, alma, gilas bağları mövcud idi.

Paşinyan deyib ki, hazırda Laçın şəhərində yaşayan ermənilərin problemi Ermənistan hökumətinin qərarları ilə həll edilir: “Onlar mənzillə təmin olunmalıdırlar. Bu gün Laçında faktiki olaraq ailələr yaşamır”.

Zabux kəndində yaşayan ermənilərə gəlincə, Paşinyanın sözlərinə görə, onların problemi Qarabağ separatçıları tərəfindən həll olunacaq. Baş nazirin açıqlamasından belə məlum olur ki, Zabuxda yaşayan ermənilər oradan çıxmalı olsalar, onlar Qarabağın dağlıq hissəsinə - separatçıların olduğu ərazilərə köçürüləcək. Halbuki, həmin ermənilər əvvəllər Qarabağda yaşamayıblar, onlar bura Suriya, Livan və başqa yerlərdən köçüb gəliblər.

Qeyd edək ki, separatçılar Ermənistanın və xaricdəki lobbinin yardımı ilə Ağdərə rayonunun ərazisində və Xankəndi ərazisində çoxmərtəbəli yaşayış binaları tikir. Paşinyan köçrülən ermənilərin dövlət hesabına mənzillə təmin olunacağını deməklə, onları nəzərdə tuta bilər. 

Amma köçkünlərin gec-tez Azərbaycanın tam nəzarətinin bərpa olunacağı bölgələrdə yaşamaq istəyəcəkləri sual doğurur. Ona görə də Paşinyanın məlum açıqlamasını öz mənasında - köçkünlərin Ermənistan ərazisində məskunlaşdırılacağı da əsas versiya olaraq qalır.

Bütün hallarda Azərbaycan köç məsələsini diqqətlə izləməli və onların Qarabağ ərazisində yerləşdirilməsinə imkan verməməlidir. Habelə boşaldılan ərazilərin yandırılmaması, meşələrin qırılaraq talan edilməməsi və yolların minalanmaması da əsas tələb kimi Ermənistan rəhbərliyi qarşısında qoyulmalıdır.

Press-fakt.com

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024