«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sülhməramlılar Azərbaycanı nə vaxt tərk edəcək?- "Bu sənəd əsas götürüləcək”

Tarix: 28-12-2023 17:39 | Bölmə: Gündəm / Aktual | Baxış: 84


Rusiya sülhməramlı kontingentinin Azərbaycandakı fəaliyyəti 2025-ci ilə kimi nəzərdə tutulub.
 
Bunu Xarici İşlər Nazirliyinin ilin yekunlarına dair mətbuat konfransında nazir Ceyhun Bayramov bildirib. 
 
O qeyd edib ki, tərəflər arasında üçtərəfli bəyanat var və bu bəyanat liderlər səviyyəsində imzalanıb.

"Bu sənəd əsas götürüləcək”, - nazir deyib.
 
Qeyd edək ki, 10 noyabr sənədinə əsasən Azərbaycan ərazisinə Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilib. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyətini Tərəflərdən hər hansı biri bəyan etməzsə, avtomatik olaraq növbəti 5 illik müddətlərə uzadılır.
 
Antiterror tədbirlərindən sonra Qarabağda sülhməramlılara məxsus bir çox müşahidə məntəqəsi fəaliyyətini dayandırıb.

Press-fakt.com

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024