İŞĞAL ALTINDAKI 8 KƏNDİMİZ NECƏ QAYTARILACAQ?- "Ərazilərə uyğun yarıbayarı mübadiləni mümkün hesab etmirəm”
Uzun müddətdir Ermənistanın işğalı altında olan Azərbaycan kəndləri ilə bağlı İrəvandan yeni bir bəyanat səsləndirilib.
Ermənistanın Ərazi idarəetməsi və infrastruktur naziri Qnel Sanosyan bildirib ki, Azərbaycanın Ermənistanın işğalında olan 8 kəndi ilə bağlı danışıqlarda iki variantdan biri üzrə razılaşmaq mümkündür. Sanosyanın fikrincə, variantlarından biri ərazi mübadiləsi, digəri isə müəyyən məkan tənzimlənməsidir.
“İndi proses elə təşkil oluna bilər ki, bu ərazilərin sahəsi müəyyən olunsun, onların hüquqi əsasları göstərilsin. Sonra iki proses baş verə bilər - mübadilə və sırf məkan tənzimləməsi. Yəni ərazilərin tərk edilməsi. Bu suala da delimitasiya, demarkasiya prosesi zamanı cavab verilə bilər”,- deyə nazir qeyd edib.
Məlumat üçün bildirək ki, 8 kənd dedikdə 1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal olunan Qazax rayonunun 7 kəndi və 1990-cı ildə işğal olunan Sədərək rayonun Kərki kəndi nəzərdə tutulur.
Ermənistan sözügedən mübadilə çərçivəsində tarixi Azərbaycan ərazisi olan, sovet dövrü Ermənistana qatılan Gədəbəyin Başkənd kəndinin yenidən onlara verilməsini istəyir.
Mübadilə məsələsi tez-tez gündəmə gətirilsə də, burada həllini gözləyən mübahisəli məqamlar çoxdur. Əsas məqam odur ki, Azərbaycana qaytarılmalı olan ərazinin sahəsi Ermənistanın iddia etdiyi ərazidən sahəcə xeyli böyükdür. Yəni tərəflərin əldə edəcəyi ərazil sahələrində fərqliliklər var.
Daha aydın olması üçün Azərbaycana qaytarılmalı olan kəndlərin adları və ərazilərini təqdim edirik:
- Seyid Ayrım (Qazax) - 40 km²
- Yuxarı Əskipara (Qazax) - 8.6 km²
- Aşağı Əskipara (Qazax) - 9.1 km²
- Barxudarlı (Qazax) - 10.1 km²
- Sofulu (Qazax) - 22 km²
- Qızıl Hacılı (Qazax)-11km²
- Xeyrimli (Qazax) - 4.1 km²
- Kərki (Sədərək) – 19 km²
Sözügedən 8 kəndin ümumi ərazisi 123.9 km²-dir.
Qeyd edək ki, Kərki, Yuxarı Əskipara, Sofulu və Barxudarlı kəndləri anklav, yəni Azərbaycanla birbaşa quru əlaqəsi olmayan, digərləri eksklav kəndlərdir Ermənistanın ərazi iddiası irəli sürdüyü Başkəndin sahəsi isə 40 km²-dir.
Yəni ərazi mübadiləsi baş verərsə, təxminən 3 dəfədən artıq bir fərq ortaya çıxır. Ermənistan tərəfi bu fərqi anklavlar məsələsini bəhanə edərək aşağı çəkmək istəyir. Ermənistanın Baş naziri Nikol Paşinyanın daha öncəki təklifinə görə, Başkənd bizdə qalır, anklav olan 4 kənd isə onlarda.
Ermənistan bir növ Başkəndlə 4 kəndimizi dəyişib, məsələni həll etmək istəyir. Təbii ki, Ermənistan tərəfinin bu cür absurd təklifləri ərazi mübadiləsi məsələsində çıxılmaz bir vəziyyətə səbəb olur.
Bu mövzuyla bağlı politoloq Elxan Şahinoğlu Azpolitika-ya şərhində bildirib ki, ərazi mübadiləsi məsələsinin həlli mümkündür: “Ermənistanın Başkəndlə bağlı iddiaları var. Biz isə Qazaxın 7 kəndini və Kərkini istəyirik. Bu miqyasda ərazi mübadiləsinin baş vermə ehtimalı var.
Lakin bu o demək deyil ki, ərazi mübadiləsi bərabər şəkildə olacaq. Təbii ki, Başkəndin ərazisi daha kiçik, Azərbaycan kəndlərinin ərazisi isə böyükdür. Biz Başkəndin ərazisi qədər sahəni onlara versək, onlar bizim 8 kəndimizi geri qaytarmalıdırlar”.
Politoloq qeyd edir ki, bu məsələ sülh sazişindən kənarda qalacaq:“Sülh sazişinin yaxın vaxtlarda imzalanma ehtimalı yüksəkdir. Amma sülh sazişi bütün məsələləri həll etməyəcək. Bu sərhəd məsələsidir. Sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı danışıqlarda ərazi mübadiləsini də həll etmək mümkündür. Lakin ərazilərə uyğun yarıba -yarı mübadiləni mümkün hesab etmirəm”.
“Ola bilsin ki, buna illərlə vaxt sərf olunsun. Baxın, Gürcüstan bizim strateji müttəfqimizidr. Buna baxamayaraq, Gürcüstanla belə sərhəd müzakirələri davam edir, müəyyən istiqamətlərdə mübahisələr var. Düşünürəm ki, ərazi mübadiləsi olacağı təqdirdə bu, elə sözügedən istiqamətdə müzakirələr nəticəsində baş tutacaq”,-deyə politoloq qeyd edib.
Press-fakt.com
Digər xəbərlər
Tarix: 30-12-2023 11:00 | Bölmə: Gündəm / Aktual | Baxış: 85

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024