Səudiyyə Ərəbistanı Futbol Federasiyası dekabrın 29-da baş tutmalı olan Türkiyənin "Qalatasaray" və "Fənərbaxça" futbol komandaları arasında Superkubok final matçının ləğv olunması səbəbindən təzminat tələb edib.
Xarici medianın məlumatına görə, ərəb rəsmilərin Atatürk formalı köynəklərin və plakatların stadiona buraxılmasına icazə verməməsinə görə hər iki türk klubu matça çıxmaqdan imtina edib.