«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
FIFA futbol oyunlarının vaxtını 60 dəqiqəyə endirə bilər

Tarix: 06-05-2022 22:59 | Bölmə: İdman | Baxış: 204

UEFA Hakimlər Komitəsinin sədri Pyerluici Kollina, Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) və FIFA oyunların vaxtını 60 dəqiqəyə endirməyi düşünür.
"Daily Mail" xəbər verir ki, bu barədə tanınmış referi Mark Klattenburq bildirib.
Onun sözlərinə görə, "xalis oyun vaxtı"nın tətbiqi variantı da nəzərdən keçirilir: "Hakimlər oyunda dayanmaların mübahisəli məsələ olduğunu bilirlər. Qalib komanda sonda az, məğlub tərəf isə daha çox vaxt tələb edir. Düşünürəm ki, bunun həll yolu "xalis oyun vaxtı"nı tətbiq etmək və matçları 60 dəqiqə etməkdir. Kollina, FIFA və IFAB hazırda bu ideyanın üzərində işləyir. Bu sistem basketbolda var. Futbolda da tətbiq oluna bilər".
Klattenburq bildirib ki, bu sistemdə top kənarda olanda, futbolçular zədələnəndə və hakimlərlə söhbət edəndə görüşün vaxtı dayandırılacaq: "Beləliklə, hər qarşılaşmanın müddəti sabitlənəcək və vaxt məsələsindəki ziddiyətdən xilas olacağıq".

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024