«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Azərbaycanın 2 güləşçisi Avropa çempionu olub - 1-i gümüş medal qazanıb

Tarix: 14-02-2024 22:45 | Bölmə: İdman | Baxış: 96



Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında yunan-Roma güləşçiləri çıxışlarını başa vurublar.

“Report”un məlumatına görə, son gündə Azərbaycanın daha 2 güləşçisi Avropa çempionu olub, 1-i gümüş medal qazanıb.

Ötən gün finala yüksələn Nihat Məmmədli (60 kq) və Həsrət Cəfərov (67 kq) həlledici dueldə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Finalda rəqibinə məğlub olan Ülvü Qənizadə (72 kq) isə ikinci yeri tutub.

Bu gün mübarizəyə qoşulan qadın güləşçilər Mariya Stadnik (50 kq) və Alyona Kolesnik (59 kq) finala yüksəliblər. Onlar fevralın 15-də həlledici görüşlərdə müvafiq olaraq Evin Demirhan (Türkiyə) və Alina Filipoviçlə (Ukrayna) qarşılaşacaqlar.

Qeyd edək ki, ötən gün digər yunan-Roma güləşçilər Murad Məmmədov (63 kq) qızıl, Rəşad Məmmədov (55 kq) gümüş, Beka Kandelaki (130 kq) isə bürünc medal qazanıblar.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024