«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
“Qarabağ” “Neftçi”ni məğlub edərək liderliyə yüksəldi

Tarix: 01-10-2022 20:55 | Bölmə: İdman | Baxış: 133


Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun mərkəzi oyunu keçirilib.
 
Derbi matçında "Qarabağ" klubu "Neftçi"ni qəbul edib.
 
"Azersun Arena"da baş tutan matç "Qarabağ" komandasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
 
“Qarabağ”ın heyətində Kadi Borges (57), Abdullah Zubir (68) və Kvabena Ovusu (74) fərqləniblər. “Ağ-qaralar”ın yeganə qolunu isə Eddi İsrafilov (24) vurub.
 
Qeyd edək ki, bu nəticədən sonra xallarının sayını 21-ə çatdıran "Qarabağ" vahid lider olub. "Neftçi" isə 18 xalla ikinci sırada qərarlaşıb.


Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024