«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
"Futbol üçün qara gündür" - FİFA prezidenti Canni İnfantino

Tarix: 02-10-2022 18:38 | Bölmə: İdman | Baxış: 164

"Futbol üçün qara gündür" - İnfantino


FİFA prezidenti Canni İnfantino İndoneziyada baş verən faciə ilə bağlı başsağlığı verib.
Qol.az xəbər verir ki, o, FİFA-nın saytına açıqlamasında deyib: “Kanjuruhan" stadionunda "Arema" - "Persebaya" matçından sonra İndoneziyada baş verən faciəli hadisələrdən sonra futbol dünyası şokdadır. Bu, futbolla məşğul olan hər kəs üçün qara gündür. Bu faciə başa düşülən deyil.
Bu faciədə həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Bütün düşüncələrimiz və dualarımız hadisə qurbanlarının, xəsarət alanların yanındadır".
Qeyd edək ki, "Arema" - "Persabaya" görüşündən sonra azarkeşlərlə polis arasında qarşıdurma baş verib. Nəticədə 174 nəfər dünyasını dəyişib, azı 180 nəfər yaralanıb.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024