«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
“QAZPROM”UN QAZ İXRACI 3 DƏFƏ AZALIB - Rusiyanı qorxudan rəqəmlər

Tarix: 02-01-2024 11:55 | Bölmə: İqtisadiyyat | Baxış: 62



Ötən 2023-cü ildə Rusiyanın neft-qaz nəhəngi "Qazprom"un gəlirləri kəskin şəkildə azalıb.
"Röyter" agentliyi xəbər verir ki, Ukraynaya qarşı təcavüzkar müharibəyə start verildikdən sonra şirkət Avropadakı bazarlarının əhəmiyyətli hissəsini itirib.
Belə ki, əgər 2021-ci ildə "Qazprom" 185 milyard kubmetr qaz ixrac etmişdisə, ötən il bu rəqəm 69 milyard kubmetrə düşüb. Bu, 1985-ci ildən nəri şirkətin ən aşağı ixrac göstəricisidir.

Xatırladaq ki, hazırda birjalarda qazın svop qiyməti 400 dollardan aşağı düşüb. Hər iki faktor Rusiyanın əsas gəlir mənbəyinin nə qədər azaldığını göstərir.

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban məlumatı "AzPolitika.info"ya şərh edərkən bildirib ki, "Qazprom"un gəliri bu il daha da azalacaq: "Amma sözügedən məlumatda Rusiyanın Avropa bazarında satdığı maye qaz həcmlərinin iki dəfə artımı qeyd edilməyib. 
Boru kəmərləri ilə qazın ixracı dünya bazarlarında orta perspektivdə LNG satışlarından geri qalmağa başlayacaq, yəni Qərb “normal qiymət” üçün Rusiya neftinin və qazının qlobal bazara çıxışını təqdim etdiyi kimi qapatmır. 
Rusiya nefti Hindistana satır, o isə öz növbəsində neft məhsulu ixracını Avropaya 5 dəfə artırıb. Türkiyədə də elədir: Rusiya neftinin Türkiyə idxalında xüsusi çəkisi 89%-ə çatıb, eyni zamanda Avropa bazarlarına Türkiyədən gələn neft məhsulları 3 dəfə artıb".

Ekspert xatırladır ki, Rusiya mavi yanacağının maya dəyəri Azərbaycan qazından kifayət qədər ucuzdur, Mərkəzi Asiya və İran qazı ilə müqayisədə isə kimyəvi tərkibi, o cümlədən istilikvermə əmsalı daha yüksəkdir./azpolitika

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024