«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Çin mərkəzli BYD "Tesla"nı geridə qoyaraq dünya lideri oldu

Tarix: 03-01-2024 19:00 | Bölmə: İqtisadiyyat | Baxış: 140



Çin mərkəzli elektrik avtomobil istehsalçısı BYD 2023-cü ilin son rübündəki satışları ilə ABŞ-dakı rəqibi "Tesla"nı geridə qoyaraq bu sahədə dünya lideri olub.

Xarici KİV xəbər verir ki, şirkət 2023-cü ilin oktyabr-dekabr aylarında 526 min 409 tam elektrikli avtomobil satdığını açıqlayıb.

Belə ki, baş ofisi Çinin Sincan şəhərində yerləşən BYD "Tesla"nın 484 min 507 avtomobil satdığı dördüncü rübdə "dünyanın ən çox elektrikli avtomobil satan istehsalçısı" ünvanına sahib olub.

Qeyd olunub ki, çinli milyarder Vanq Çuanfu tərəfindən qurulan şirkət dünyanın ən böyük elektrik avtomobil istehsalçısıdır. 

Eyni zamanda, şirkət hibrid avtomobillər istehsal etdiyi üçün tam elektriklə işləyən avtomobillərin istehsalında "Tesla"dan geri qalır.

Belə ki, BYD il ərzində cəmi 1,86 milyon avtomobil sataraq "Tesla"nın 1,31 milyon satışını aşsa da, onların 917 min 118-i tam elektrikli avtomobil olduğu üçün illik satışlarda ABŞ şirkətindən geri qalıb. 

Məlumata görə, "Tesla" tərəfindən istehsal olunan bütün avtomobillər yalnız elektrik enerjisi ilə işləyir.

Qeyd olunub ki, BYD-nin Çinin Şanxay şəhərində istehsal etdiyi avtomobillərin sayı bu ilin 8 ayında 600 mini keçib.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024