«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Büdcədən Bakıya digər 9 şəhərə ayrılandan 3 dəfə çox vəsait ayrılır - FOTO

Tarix: 06-01-2024 10:55 | Bölmə: İqtisadiyyat | Baxış: 65




Bu illin dövlət büdcəsindən şəhər və rayonlar üzrə yerli xərclər 782,5 milyon manat həddində nəzərdə tutulub.

Ayrılan vəsaitin yarıdan çoxu - 466 milyon manatı respublika tabeli 10 şəhərin payına düşür.

Şəhərlər üçün ayrılan vəsaitin isə təxminən 75%-i və ya 347 milyon manatı Bakı şəhəri üçün nəzərdə tutulub. 
Müqayisə üçün bildirək ki, 9 il əvvəl - 2015-ci ildə digər şəhərlərin yerli xərcləri Bakının yerli xərclərindən çox olub. Belə ki, 2015-ci ildə

Bakının yerli xərcləri 244 milyon manat, Xankəndi istisna olmaqla digər 8 şəhərin yerli xərcləri isə 294 milyon manat olub.

Gələn il respublika tabeli şəhərlərin heç biri büdcənin mərkəzləşdirilmiş xərclərindən dotasiya almayacaq. Bakı, Gəncə, Mingəçevir və Sumqayıtın yerli xərcləri artırılacaq. Digər şəhərlərin yerli xərcləri isə azaldılacaq. Xankəndi şəhərinə isə yerli strukturlar (Yerli icra hakimiyyəti orqanları) olmadığı üçün heç bir vəsait ayrılmayacaq.

Onu da bildirək ki, 2015-ci illə müqayisədə bu il Bakı şəhəri istisna olmaqla digər şəhərlərdə yerli xərclər kəskin azalacaq. Ən kəskin azalma isə Şəki şəhərinə ayrılan vəsaitdə qeydə alınacaq.


Elnur Əli


Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024