«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Avtomobil almaq istəyənlərə mühüm xəbər: “1 ay, ay yarım gözləsinlər, çünki...”

Tarix: 07-01-2024 19:50 | Bölmə: İqtisadiyyat | Baxış: 96
Avtomobil almaq istəyənlərə mühüm xəbər: “1 ay, ay yarım gözləsinlər çünki...”

“Azərbaycana gələn avtomobillərin qiymətinin artırılması əvvəlcədən proqnozlaşdırılırdı.
Çünki hər il bununla bağlı sərtləşmə gedir, 10 ildən yuxarı olan avtomobillərin ölkəyə gətirilməsinə müəyyən qadağalar qoyuldu. Eləcə də 5 ildən yuxarı Asiya istehsalı olan avtomobillərin ölkəyə gətirilməsi qadağan edildi”.

Bu sözləri iqtisadçı Natiq Cəfərli deyib.
 
O, Qırmızı dəniz vasitəsilə daşınılan avtomobillərin sayının azalmasından sonra ölkədəki avtomobil bazarında qeydə alınan qiymət artımından söz açıb.
 
Xatırladaq ki, qiymətlərin dəyişməsinə səbəb Qəzzada baş verən hadisələrə və Qırmızı dənizdə ABŞ hərbi dəniz qüvvələri ilə husilərin arasındakı döyüşlərə görə gəmilərin daha uzun marşrutlara üstünlük verməsi olub.
 
N. Cəfərlinin sözlərinə görə, onsuz da son vaxtlar işlənmiş avtomobillərin qiymətlərinin artımı müşahidə olunurdu:
 
“İndi isə dünyada konteynerlər və yükdaşımalarla bağlı problemlər yarandığına görə ölkədə avtomobillərin qiymətində artım hiss olunur. Lakin bu, müvəqqəti xarakter daşıyır və qalıcı olmayacaq. Qiymətlərin artmasına səbəb isə bu idi ki, konteynerlərin icarə qiymətində artım müşahidə olunub. Əvvəllər bir konteyner 3.400 dollar idisə, hazırda qiymətlər 7 min dollar civarındadır”.
 
Mütəxəssis əlavə edib ki, bunun müvəqqəti olaraq təsirləri olacaq, amma bu, o demək deyildi ki, konteyner qiymətləri artan kimi ölkənin maşın bazarında kəskin şəkildə qiymət artımı olmalı idi:
 
“Əgər söhbət yeni avtomobillərdən gedirsə, avtodilerlərin çoxu ölkəyə gətirilən avtomobil sayını öncədən müəyyənləşdirir ki, hansı markadan nə qədər avtomobil Azərbaycana gətiriləcək. Ona görə də qiymət artımı növbəti partiya gətiriləcək avtomobillərə şamil oluna bilərdi. Çünki yeni konteyner qiymətləri ölkəyə yenicə gələn avtomobillərin üzərinə gəlməyib. Sadəcə olaraq, bu, fürsətdən istifadə etməkdir. Yəni “dünyada belə qiymət dəyişikliyi varsa, bizdə niyə olmasın” düşüncəsi ilə qiymətlər artırılıb”.
 
Müsahibimiz aydınlaşdıırb ki, Azərbaycanın avtomobil bazarında olan maşınlar 2/3-dən çoxu Gürcüstandan gətirilən avtomobillərdir:
 
“Gürcüstan gətirilən avtomobillər isə daha çox ikinci əl kimi Avropadan Gürcüstana idxal olunur. Burada isə avtomobillərin Qırmızı dənizlə konteyner vasitəsilə gətirilməsi məsələsi, ümumiyyətlə, yoxdur. Çünki həmin avtomobillər Qara dəniz vasitəsilə idxal olunur və onlar Bolqarıstanla Rumıniyadakı portlara daxil olur. Oradan isə Gürcüstan və Azərbaycana gətirilir”.
 
İqtisadçının fikrincə, konteyner qiymətlərinin artırılması məsələsinin birbaşa Azərbaycandakı avtomobil bazarına təsiri olmamalı idi:
 
“Amma bazarın özünün qaydaları var və avtomobil qiymətlərini daim artırmaq mümkün deyil. Çünki insanların alıcılıq qabiliyyəti məsələsi burada özünü büruzə verir. Əgər insanların alıcılıq qabiliyyəti ilə bazar arasında uyğunsuzluq yaransa, qiymətlər bir müddətdən sonra azalmağa doğru gedəcək. Ona görə ki, gətirdiyi avtomobili sata bilməyən iş adamı pul qazana da bilməyəcək. Məncə, hazırkı təlatümlü dövrdə avtomobil almaq istəyənlər 1 ay, ay yarım gözləsinlər ki, bazarda tənzimləmə işə düşsün”.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024