«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
REAL TV-nin SAHİBİ TİKİNTİ ŞİRKƏTİNDƏKİ PAYINI DƏFƏLƏRLƏ ARTIRIR

Tarix: 09-01-2024 13:00 | Bölmə: İqtisadiyyat | Baxış: 108



Ölkənin aparıcı tikinti şirkətlərindən olan “Şahinlər” MMC (VÖEN - 2000697101) “Nyu Sfera-İnşaat” MMC-nin (VÖEN - 1600378881) ona qoşulması nəticəsində yenidən təşkil olunur.

Press-fakt.com yeniavaz-a istinadla xəbər verir ki, “Nyu Sfera-İnşaat” MMC ötən ilin dekabr ayında ləğv olunduğunu açıqlayıb.

Bildirilir ki, “Şahinlər” MMC-nin nizamnamə kapitalı təsisçilərdən Zeynalova Türkanə İman qızının əlavə 30 manat, Quliyev İman Nəsirulla oğlunun isə əlavə 420 manat pul şəklində pay qoyuluşu hesabına 500 manatdək artırılıb və hər biri 5 manat olan 100 paydan ibarət müəyyən edilib.

Məlumat üçün bildirək ki, 1994-cü ildə dövlət qeydiyyatına alınan “Şahinlər” MMC-nin hüquqi ünvanı Nizami rayonu, Bəhruz Nuriyev küçəsi ev 22-də yerləşir. MMC-nin qanuni təmsilçisi Bayramov Elməddin Nəbi oğludur.

Ləğv olunaraq “Şahinlər” MMC-yə qoşulan “Nyu Sfera-İnşaat” MMC-nin Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 2382 ünvanında qeydiyyatda olan “Nyu Sfera Şirkətlər Qrupu”na daxil olduğu və tikinti sektorunda fəaliyyət göstərdiyi qeyd olunub.

“Nyu Sfera Şirkətlər Qrupu”nun rəhbəri isə Azərbaycanın tanınmış iş adamlarından biri olan Quliyev İman Nəsurulla oğludur.

“Nyu Sfera Şirkətlər Qrupu”nun Azərbaycanın biznes sahəsində 1992-ci ildən fəaliyyət göstərdiyi qeyd olunur. 

Şirkətlər qrupuna “Nyu Sfera İnşaat” MMC, “Nyu Sfera-Turizm” MMC, “Nyu Sfera-Ticarət” MMC, “Nyu Sfera-Nəqliyyat” MMC, “A.R. Kommersiya” MMC və “Şahinlər” MMC daxil olub. 

Onun mülkiyyətində çoxmərtəbəli “Xalqlar Dostluğu” ticarət mərkəzi, Bakıda 3 şadlıq sarayı – “Romance Palace-1”, “Romance Palace-2”, “Şərq Saray” və “Yay” restoranı var. 
İsmayıllı rayonundakı “Green House” turizm mərkəzi də İman Quliyevə məxsusdur. 

“Nyu Sfera Şirkətlər Qrupu” Bakının Suraxanı rayonu ərazisində “Yeni Zığ Yaşayış Kompleksi”ni inşa edir.


İman Quliyev

İman Quliyevin rəhbərlik etdiyi “Politon” MMC-nin isə Azərbaycanın ən böyük metaləritmə və metal məmulatı istehsalı müəssisəsi olan “Baku Steel Company” MMC-nin 50%-nə nəzarət etdiyi bildirilir.

Onu da bildirək ki, İman Quliyevin sahibi olduğu şirkətlərdən biri də “Real Təhlil və İnformasiya Mərkəzi” MMC-dir. Bu şirkət isə REAL TV-nin təsisçisidir.

Şirkətlər qrupunun rəsmi veb-saytı olan “nyusfera.com”, o cümlədən “Yeni Zığ Yaşayış Kompleksi”nə məxsus olan “yenizigh.com” və “Nyu Sfera-Turizm” MMC-yə məxsus olan “nyusferatravel.com” saytları artıq fəalyyət göstərmir.


Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024