«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Britaniya şirkətinin Azərbaycanda qızıl və gümüş istehsalı kəskin azalıb

Tarix: 15-01-2024 23:35 | Bölmə: İqtisadiyyat | Baxış: 69



Azərbaycanda qızıl və gümüş hasilatı ilə məşğul olan Böyük Britaniyanın “Anglo Asian Mining” şirkəti ötən il üçün hesabatını açıqlayıb.

“Anglo-Asian Minin” şirkəti 2023-cü il ərzində 21 758 unsiya qızıl, 53 226 unsiya gümüş, 2 138 ton mis istehsal edib.

Məlumatda bildirilir ki, 2022-ci ildə qızıl istehsalı 43 114 unsiya, gümüş istehsalı 182 046 unsiya, mis istehsalı isə 2 516 ton olub.

Qeyd edək ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanan Hasilatın Pay Bölgüsü tipli müqavilə çərçivəsində fəaliyyət göstərir. 

Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining” şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına “Gədəbəy” yatağında 2009-cu ildə başlanılıb.

Hazırda “Qoşa”, “Qaradağ”, “Gədəbəy”, “Dəmirli”, “Ordubad”, “Vejnəli”, “Xarxar”, “Qızılbulaq” yataqlarının işlənməsi “Anglo-Asian Mining” şirkətinə verib.

Onu da bildirək ki, “Anglo-Asian Mining” şirkətinin əsas səhmdarları arasında 1989-91-ci illərdə - ABŞ Prezidenti Corc Buşun dövründə “Ağ ev”in Aparat rəhbəri olmuş Con Sununu və onun oğlu Mikayel Sununu da yer alır.

Con Sunununun böyük oğlu – 1964-cü il təvəllüdlü Corc Sununu isə 2003-2009-cu illərdə ABŞ Senatının üzvü olub.

Con Sunununun kiçik oğlu – 1974-cü il təvəllüdlü Kris Sununu 2017-ci ildə etibarən Nyu-Hempşir ştatının qubernatorudur.

Hazırda “Anglo-Asian Mining” şirkətinə İran əsilli iş adamı Reza Vəziri rəhbərlik edir.

Xatırladaq ki, ötən ilin iyunun 20-də və 21-də “Anglo-Asian Minin” şirkətinin qızıl hasil etdiyi Gədəbəy rayonunun Söyüdlü kəndində etiraz aksiyası keçirilib. 

Kənd sakinləri bildirib ki, ərazidə qızıl mədəninin fəaliyyəti nəticəsində zərərli su hövzəsi ekoloji problemlər yaradıb. Polis aksiyaya müdaxilə edib, bu zaman gözyaşardıcı qazdan istifadə olunub, saxlananlar olub.


Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024