«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
“Apple” “Amazon”dan dünyanın ən qiymətli brendi ünvanını geri aldı

Tarix: 17-01-2024 15:15 | Bölmə: İqtisadiyyat / Maraqlı | Baxış: 122



Beynəlxalq brend qiymətləndirmə təşkilatı olan “Brand Finance”ın hazırladığı “Global 500 - Dünyanın 500 Ən Qiymətli Brendi 2024” araşdırması yekunlaşıb.

“Brand Finance”ın rəsmi saytı xəbər verir ki, dəyərini ötən illə müqayisədə 74 faiz artıraraq, 516,6 milyard dollara çatdıran “Apple” dünyanın ən qiymətli brendi olub. 

“Apple”ın ondan sonrakı şirkətlə arasındakı fərq isə 176,2 milyard dollara çatıb. 

“Apple”ı müvafiq olaraq 340,4 milyard dollar brend dəyəri ilə “Microsoft”, 333,4 milyard dollar brend dəyəri ilə “Google” izləyib.

Siyahıda “Amazon” 308,9 milyard dollarla 4-cü, “Samsung” 99,4 milyard dollarla 5-ci, “Walmart” (pərakəndə satış şirkətidir) 96,8 milyard dollarla 6-cı, “Tiktok” 84,2 milyard dollarla 7-ci, “Facebook” 75,7 milyard dollarla 8-ci, “Deutsche Telekom” 73,3 milyard dollarla 9-cu, ICBC Bankı isə 71,8 milyard dollarla 10-cu yerdə qərarlaşıb. 

Cədvəlin ən son pilləsindəki markanın dəyəri isə 4,8 milyard dollar təşkil edib.

Araşdırmanın nəticələrinə görə, ölkələr arasındakı sıralamada ABŞ böyük fərqlə birinci olub. 

Belə ki, “Global 500” siyahısında yer alan şirkətlərdən 203-ü ABŞ, 65-i Çin, 33-ü Yapon, 32-si Fransa, 28-i Almaniya, 20-si Britaniya şirkətləridir.

Siyahıdakı markaların sektorlara görə bölgüsünə görə isə bankçılıq sektorundan 71, pərakəndə sektorundan 53, texnologiya sektorundan 49 marka təmsil olunub.

Siyahıda süni intellektdəki inkişaf da öz əksini tapıb. Belə ki, süni intellektə böyük investisiyaları ilə tanınan NVIDIA şirkəti marka dəyərini 163 faiz artıraraq, marka dəyərini ən çox artıran şirkət olub. 

NVIDIA-nın marka dəyəri 44,5 milyard dollara yüksəlib.

Beləliklə, “Apple” marka dəyərini nəzərəçarpacaq dərəcədə - 74% artıraraq, böyük fərqlə dünyanın ən dəyərli brendi adını geri alıb. 

Süni intellekt sektorunda NVIDIA marka dəyərini 163% artıraraq dünyanın ən sürətlə böyüyən brendinə çevrilib. 

Avropanın ən qiymətli brendi “Deutsche Telekom” isə dünyanın ən yüksək telekommunikasiya brendi mövqeyini əldə edərək siyahıda ilk 10-luqda yerini alıb.

Qeyd edək ki, 2021 və 2022-ci illərdə siyahıda birinci olan “Apple” öz taxtını keçən il “Amazona” verib.

Press-fakt.com

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024