«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Son bir ildə 15,7 min şirkət yaranıb, amma işçi sayı 2,2 min nəfər artıb - Təzadlı statistika

Tarix: 18-01-2024 21:45 | Bölmə: İqtisadiyyat | Baxış: 65



Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara görə 2023-cü ildə Azərbaycanda 16 min 439 yeni müəssisə yaradılıb, 738 müəssisə ləğv olunub.

Yeni yaradılan müəssisələrin 16 min 270-i, bağlanan müəssisələrin isə 545-i xüsusi mülkiyyətli müəssisələr olub.

Açıqlanan statistika ilə bağlı diqqət çəkən məqam odur ki, son bir ildə xüsusi mülkiyyətli müəssisələrin sayı 15 727 vahid artdığı halda, qeyri-dövlət sektorunda işləyən muzdlu işçilərin sayı cəmi 2,2 min nəfər artıb.

Qeyd edək ki, 2023-cü ildə ölkədə orta sahibkarlıq subyektlərinin sayı 482 vahid, kiçik sahibkarlıq subyektlərinin sayı 1 398 vahid, mikro sahibkarlıq dubyektlərinin sayı 13 min 693 vahid artıb.

Onu da bildirək ki, mövcud qanunvericiliyin tələblərinə görə orta sahibkarlıq subyektlərində ən azı 51, ən çoxu 250, kiçik sahibkarlıq subyektlərində ən azı 11, ən çoxu isə 50, mikro sahibkarlıq subyektlərində isə ən azı 1, ən çoxu 10 işçi olmalıdır.

Ötən il ərzində orta, kiçik və mikro sahibkarlıq subyektlərinin sayının 15 min 573 vahid artdığını nəzərə alsaq, bu həm də ölkədə minlərlə yeni iş yerinin açılmalı olduğunu deməyə əsas verir. Lakin qeyd etdiyimiz kimi, özəl sektorda işçilərin sayı cəmi 2,2 min nəfər artıb.

İşçi sayındakı artımla müəssisə sayındakı artım arasında bu cür uyğunsuzluğun hansı səbəbdən yarandığı barədə rəsmi açıqlama verilməyib. 

Ancaq, statistik göstəricilərdən belə nəticəyə gəlmək olar ki, mövcud müəssisələrdəki işçi sayında ixtisarlar baş verib./yeniavaz


Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024