«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Ötən il Azərbaycanda hansı bank əhaliyə ən çox istehlak KREDİTİ VERİB?- Tam siyahı

Tarix: 25-01-2024 13:10 | Bölmə: İqtisadiyyat | Baxış: 90



Ötən ilin yekununa olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən 23 bank arasında ən çox istehlak krediti verən bank “Kapital Bank”ASC olub.

1 yanvar 2024-cü il tarixinə “Kapital Bank” tərəfindən verilən istehlak kreditlərinin həcmi 2 milyard 353,6 milyon manat olub.

“Kapital Bank” tərəfindən verilən istehlak kreditlərinin həcmi ötən ilin son rübü ərzində 9,6% artıb.

İkinci sırada 1 milyard 370,1 milyon manat ilə “Beynəlxalq Bank” ASC (ABB) yer alıb. Dövlət bankı olan ABB-nin istehlak kreditləri son 3 ayda 7,2% artıb.

Ən az istehlak krediti ayıran bank “Ziraat Bank Azərbaycan” ASC olub. Bu bankın istehlak kreditlərinin həcmi 2,8 milyon manat olub.

Son 3 ayda istehlak kreditlərinin həcmini ən çox artıran bank isə “Premium Bank” ASC olub. 

Sabiq AZAL prezidenti Cahangir Əsgərovun ailə üzvlərinə (həyat yoldaşına) məxsus olan “Premium Bank”ın istehlak kreditləri ötən ilin 4-cü rübündə 2 dəfədən çox artraq 19,2 milyon manata yüksəlib.

Aşağıdakı cədvəldə bankların istehlak kreditlərinin həcmi və artım dinamikası göstərilib:



Elnur Əli


Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024