«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Ekspertdən bədbin proqnoz: "Belə davam etsə, iqtisadiyyat çökəcək..."

Tarix: 28-01-2024 16:15 | Bölmə: İqtisadiyyat | Baxış: 87

Ekspertdən bədbin proqnoz: Belə davam etsə, iqtisadiyyat çökəcək


"Yaxın 2-3 ildə indiki idarəetmə sistemi, oyun qaydaları, vergi-gömrük yanaşması, yerli icra başçıları institutu, işlək olmayan 

qanunlar, ədaləti şübhə altında olan məhkəmələr qaldıqca, məmləkətin iqtisadi vəziyyəti getdikcə pisləşəcək. 

Ölkənin məcburi xərcləri artacaq, gəlirləri isə azalacaq, nəticədə iqtisadi artım tempi daha da düşəcək. 

Bu isə vətəndaşların real gəlirlərinin və alıcılıq qabiliyyətinin kəskin azalması ilə nəticələnəcək."

Press-fakt.com xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.

“Əgər hökumət bütün bu problemlərin günahını Qərblə pisləşən münasibətlər üzərinə yıxıb, qaçılmaz olan çətinliklərə elə izah tapmağı düşünürsə, yanılır.

Qərbin bəzi dairələrinin, institutlarının, ölkələrinin ağılsız, qeyri-obyektiv və qərəzli olduğunu bildik, amma hər gün yaxınlaşan və dərinləşən institutisional iqtisadi çətinliklərin kökündə bu məsələ dayanmır axı, Qərbi “günah keçisi” elan etməklə qarın doymaz, vəziyyət düzəlməz.

Həm də bu yanaşma əvvəldən qapalı olan ölkələrdə keçərli ola bilər, indiki Azərbaycanda belə “izah” inandırıcı və təxnimedici olmayacaq”, - o vurğulayıb.


Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024