"Kimdən kimə şikayət edək?"- Yeni Rəqabət Məcəlləsi monopoliyaya son qoyacaqmı?
Bugünlərdə prezident İlham Əliyev Rəqabət Məcəlləsini təsdiq edib. Qanun 2024-cü il iyulun 1-dən qüvvəyə minəcək.
Məcəllə parlamentdə ötən ilin dekabrında qəbul edilib. Sənədə əsasən, rəqabət qanunvericiliyinin pozulmasına görə maliyyə sanksiyaları tətbiq olunacaq.
Antiinhisar və İstehlak bazarına Dövlət Nəzarət Xidmətindən "Turan"-a bildirilib ki, Rəqabət Məcəlləsinin qəbulu bazarlara giriş maneələrini aradan qaldıracaq, mikro, kiçik və orta sahibkarlığın inkişafına töhfə verəcək:
"Kiçik və orta sahibkarlıq subyektlərinin artması yeni iş yerlərin yaranmasına, məhsulların çeşidlərinin çoxalmasına ciddi təkan verəcək. Təkliflərin artması isə qiymətlərin aşağı düşməsinə səbəb olacaq".
Deputat Rüfət Quliyev Agentliyə deyib ki, rəqabət bazar iqtisadiyyatının qanunu kimi həmişə mövcud idi: “Rəqabət bütün bazar iqtisadiyyatı olan ölkələrdə var və qiymətlərin formalaşmasına çox böyük təsir göstərir”.
Deputat vurğulayıb ki, Azərbaycan balaca ölkədir və bazarın həcmi məhduddur: “Kimsə bazarın 35-40 faizini tutursa, dərhal bunun monopoliya olduğu ilə bağlı stereotip işə düşür.
Əslində isə bu, monopoliya deyil, sadəcə biznesin yaxşı idarə olunmasıdır.
Monopoliyanın müəyyən elementlərinin olması istisna deyil, amma 15-20 il əvvəl olan monopoliya və monopolistləri müdafiə edən qurum hazırda yoxdur”.
R.Quliyev qeyd edib ki, Rəqabət Məcəlləsi azad, rəqabətli bazarın formallaşması uğrunda mübarizə aparmaq üçün güclü bir alətdir: “Bu, fürsətcil sahibkarları, qiymətləri süni qaldırmağa çalışan şirkətləri cəzalandırmaq üçün imkandır. Yəni bu qanun bazara giriş-çıxış şərtlərinin bərabərləşməsi üçün mübarizə sahəsində praktiki bir alətdir”.
Onun sözlərinə görə, yayın sonunda Rəqabət Məcəlləsinin gücü artıq hiss olunacaq.
İqtisadçı Natiq Cəfərli isə "AzadlıqRadiosu"na xatırladıb ki, Rəqabət Məcəlləsi ilə bağlı təklif ilk dəfə 2007-ci ildə səsləndirilib, onun indiyə qədər qəbul olunmamasının səbəbi ciddi maraq və lobbi qruplarının buna mane yaratması idi: “Məmurlar olmasaydı, bu lobbi qruplarının təbii ki, həmin məsələni 16 il uzatmağa gücü çatmazdı”.
Onun fikrincə, Rəqabət Məcəlləsi özü özlüyündə pozitiv addımdır: “O, rəqabətsizlik mühiti ilə bağlı problemlərin aradan qaldırılması üçün hüquqi baza yaradır”.
Amma, onun sözlərinə görə, “bir tək Rəqabət Məcəlləsinin qəbul olunması hər şeyi düzəldəcək” fikri yanlışdır: “Burada ciddi siyasi iradəyə də ehtiyac var.
Qanunun da 6 aydan sonra tətbiq olunması barədə fərman məntiqi ilə bunu deməyə əsas verir ki, bu aylar ərzində inhisarçı şirkətlərə bazarda öz fəaliyyətlərinə çəki-düzən verməsi üçün zaman tanınır.
Digər tərəfdən də bu 6 ay ərzində həmin şirkətlər törəmə şirkətlər də yarada bilər. Yəni, rəsmi olaraq Rəqabət Məcəlləsinə tuş gəlməmək üçün sənədlər üzərində şirkətlərin pay bölgüsünü başqa cür həyata keçirə bilərlər və bu zaman tanınması onlara da xeyirdir”.
N.Cəfərli düşünür ki, burada çox şey siyasi iradədən və məhkəmə hakimiyyətindən asılı olacaq: “Çünki Rəqabət Məcəlləsi özü özlüyündə rəqabətsizlik mühiti ilə mübarizə üçün fürsətlər yaradır. Amma onun yerinə yetirilməsi və implementasiyası daha vacibdir.
Yəni, rəqabətsizlik mühiti ilə məhkəmə orqanlarının doğrudan da mübarizə aparılmasının olub-olmayacağını zaman göstərəcək. İndi, təəssüf ki, buna ümid çox azdır. Heç kimə sirr deyil ki, Azərbaycanda iri şirkətlərin arxasında siyasi güc var”.
Press-fakt.com
Digər xəbərlər
Tarix: 29-01-2024 21:05 | Bölmə: İqtisadiyyat | Baxış: 87
“Rəqabət Məcəlləsində çox şey siyasi iradədən və məhkəmədən asılı olacaq”

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024