MƏRKƏZİ BANK UÇOT DƏRƏCƏSİNİ AŞAĞI SALDI - Bu, iqtisadiyyatımız üçün nə vəd edir?
Bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 0,25 faiz azaldılaraq 8 %-dən 7,75 %-ə endirilməsi barədə qərar qəbul edib.
Qeyd olunub ki, faiz dəhlizinin aşağı həddi 0,25 faiz azaldılaraq 6,5 %-dən 6,25 %-ə, yuxarı həddi isə 0,25 faiz azaldılaraq 9 %-dən 8,75 %-ə endirilib. Sözügedən qərarın bu gündən qüvvəyə mindiyi, faiz dəhlizinin parametrləri haqda növbəti qərarın martın 28-də açıqlanacağı bildirilib.
Məlumat üçün bildirək ki, uçot dərəcəsi Mərkəzi Bankın kommersiya banklarına verdiyi kreditin faiz dərəcəsidir. Bu banklar öz növbəsində həm adi vətəndaşları, həm də müxtəlif şirkət və təşkilatları kreditlə təmin edirlər.
Əgər inflyasiya səviyyəsi yüksəlirsə, Mərkəzi Bank uçot dərəcəsini yüksəldir, çünki bu şəkildə dövriyyədə olan pul kütləsini tənzimləmək, yəni azaltmaq siyasəti həyata keçirir. Və əksinə, inflyasiya səviyyəsi endikcə, uçot dərəcəsi də endirilir.
Bu halda, əhalinin banklardan kredit götürməyi asanlaşır və iqtisadiyyatda canlanma yaranır.
Maraqlıdır, Mərkəzi Bankın bu qərarının iqtisadiyyata təsiri necə olacaq?
Bu barədə iqtisadçı-ekspert Xalid Kərimli Azpolitika-ya şərhində bildirib ki, Mərkəzi Bankın faiz dərəcəsini aşağı endirməsinin əsas səbəbi ölkədə 12 aylıq inflyasiyanın aşağı düşməsi ilə bağlıdır: “Görünən odur ki, Mərkəzi Bank inflyasiyanın daha da aşağı düşməsində maraqlı deyil.
Buna görə də manatın faiz dərəcəsini aşağı salmaqla, inflyasiyanın kəskin azalmasına mane olmaq istəyir. Həmçinin AMB faiz dərəcələrini aşağı salmaqla, ölkədə iqtisadi aktivliyi dəstəkləmək niyyətindədir. Eyni zamanda, faiz dərəcələri aşağı endirilir ki, kredit bazarında fəallıq artsın”.
Ekspert iki vacib məqama diqqət çəkir: “Dünyada ərzaq və əmtəə qiymətləri aşağı düşüb, manatın nominal faiz dərəcəsi isə artıb. Qiymətdə inflyasiyanın tempinin aşağı düməsi dünyada baş verən proseslərlə bağlıdır. Əmtəə qiymətləri indeksi ötən il ərzində 18,9 faiz aşağı düşüb. Ərzaq qiymətləri indeksi isə 10,1 faiz azalıb.
Manat dollara fiks edildiyidən, dollarla birgə digər ticari partnyorların valyutasına nisbətdə 19,3 bahalaşıb. Dünyada ərzaq və əmtəə qiymətlərinin aşağı düşməsi, manatın nominal faiz dərəcəsinin artması inflyasiyanı və inflyasiya gözləntilərini aşağı salıb”.
“Ancaq təəssüf ki, hələ də Mərkəzi Bankın apardığı faiz siyasətinin tranmissiyası o qədər də sürətli deyil. AMB bir neçə aydır faiz dərəcələrini aşağı salsa da, biz ölkədəki iri kommersiya banklarının öz faizlərini artırdıqlarını müşahidə edirik.
Bu kimi məqamlar Mərkəzi Bankın həll etməli olduğu məsələlərdir. Lakin ümumən sözügedən qərar iqtisadiyyat üçün pozitiv bir siqnaldır”,-deyə iqtisadçı əlavə edib.
E. Bəyməmmədli
Digər xəbərlər
Tarix: 31-01-2024 19:00 | Bölmə: İqtisadiyyat | Baxış: 106

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024