«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Qadın sahibkar bir ildə Azərbaycana 31,4 milyon dollar gətirib

Tarix: 01-02-2024 12:05 | Bölmə: İqtisadiyyat | Baxış: 142



Ötən il Azərbaycanın ümumi ixracı 33,9 milyard dollar olub və bunun 3,3 milyard dolları qeyri-neft sektorunun payına düşüb.

Rəsmi məlumatlara görə, qeyri-neft sektoru üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,8% artıb.

2023-cü il ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (402,5 milyon dollar) birinci, pambıq (123,7 milyon dollar) ikinci, qızıl (162,8 milyon dollar) üçüncü, pomidor (162 milyon dollar) isə dördüncü olub.

Ötən il xarici ölkələrə ən çox qeyri-neft məhsulları ixrac edən özəl şirkətlərin və fərdi sahibkarların ilk onluğu isə aşağıdakı kimi olub:

Şirinov Elvin Valeh oğlu – 128,2 milyon dollar
“MKT İstehsalat Kommersiya” MMC –  88,8 milyon dollar
“Baku Steel Company” QSC – 63 milyon dollar
“Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycandakı nümayəndəliyi – 59,2 milyon dollar
“Best Logistik” MMC – 44,4 milyon dollar
“My Fruit” MMC – 38,9 milyon dollar
“STP Global Cable” MMC – 35,8 milyon dollar
“P-Aqro” MMC – 33,4 milyon dollar
Muradova Sahibə Səlimət qızı – 31,4 milyon dollar
“Mors Trading” MMC – 27,9 milyon dollar

Qeyd edək ki, ötən il qeyri-neft sektoru üzrə ən çox məhsul ixrac edən qeyri-dövlət suyektlərinin siyahısında 2 fərdi sahibkar yer alıb.
Şirinov Elvin Valeh oğlu 2022-ci illə müqayisədə ixracını təxminən 3 dəfə artıraraq  ötən il 128,2 milyon dollara çatdırıb.

İlk onluqda yer alan digər fiziki şəxs – Muradova Sahibə Səlimət qızı isə ilk dəfə ötən il məhsul ixrac etməyə başlayıb. Muradova Sahibə ilk dəfə məhsul ixrac etməsinə baxmayaraq 31,4 milyon dollarlıq ixracla ilk onluğa düşə bilib.

Elnur Əli


Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024