«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
“Apple” “Amazon”, “Google” və “Microsoft”u keçərək yenidən ən qiymətli brend oldu

Tarix: 02-02-2024 19:30 | Bölmə: İqtisadiyyat | Baxış: 129



2023-cü ilin sonunda “Apple” “Amazon”, “Google” və “Microsoft”u keçərək, yenidən dünyanın ən qiymətli brendi olub. 

Bu barədə “Brand Finance Global 500” illik hesabatında məlumat verilib. 

Məlumata görə, “Apple”ın brend dəyəri il ərzində 74% artaraq 516,6 milyard dollara çatıb ki, bu da şirkətə böyük fərqlə reytinqdə birinci yerə qayıtmağa imkan verib. Ötən ilin lideri “Amazon” isə üç pillə geriləyərək, dördüncü yerə düşüb.

İlin yekunlarına görə ikinci yeri “Microsoft” korporasiyası tutub. Dövr ərzində onun dəyəri təxminən 78% artaraq 340,4 milyard dollara çatıb.

İlk üçlüyü 2023-cü ilin sonunda brend dəyəri 333,4 milyard dollar (illiklə müqayisədə 18,5% çox) qiymətləndirilən “Google” tamamlayıb.

Digər tərəfdən, keçən il ilk onluqda yerləşən “Tesla” onluğu tərk edərək, 18-ci yerdə qərarlaşıb. 

Qiymətinə görə dünyada ən sürətlə böyüyən brend isə çip istehsalçısı NVIDIA olub (illik müqayisədə +163%).


Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024