«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
AZƏRBAYCANA ƏT İDXALI UCUZLAŞIB - Bəs bazarda vəziyyət niyə dəyişmir? /VİDEO

Tarix: 04-02-2024 16:30 | Bölmə: İqtisadiyyat | Baxış: 102



Ötən il ölkəyə xaricdən 41 min 707 ton ət gətirilib. Bu məhsulların hər kiloqramı 5 manata başa gəlib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, gətirilən bu ətlərin ümumi dəyəri 148 milyon manat olub.

Bəs bu cür ucuz məhsul gətirilməsi niyə ölkədə ətin və ondan hazırlanan məhsulların qiymətinə təsir etməyib?

Xezerxeber.az-ın məlumatına görə, iqtisadçı-ekspert Xalid Kərimli bildirir ki, Azərbaycanın mal əti ilə özünü təminatı 91-92 faiz, xırdabuynuzlularda isə 97-98 faiz həcmindədir.

Bununla belə, ötən il ət 20 faiz civarında bahalaşıb. Bahalaşmanın daha da çox olmaması üçün isə idxal çox vacibdir.

Ekspertin sözlərinə görə, idxaldan sonrakı digər rüsum və xərclər ətin maya dəyərinin artması ilə nəticələnir. Bu da təbii ki, məhsulu bahalaşdırır.

İqtisadçıların sözlərinə görə, xaricdən gətirilən ətin bir hissəsi Hindistanın payına düşür. Son vaxtlar həmçinin Rusiya, Ukrayna və Qazaxıstandan ətlə yanaşı, diri heyvanlar da gətirilir.

Mövzu ilə bağlı ətraflı videomaterialı təqdim edirik:



Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024